ABL çempionuna 1,4 milyon manat mükafat veriləcək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olan klub 1 milyon 400 manat əlavə mükafat qazanacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası (ABF) məlumat yayıb.
Bildirilib ki, ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300 min manat alacaqlar.
Çempionatı ikinci yerdə başa vuran komandaya 700 min manat həcmində əlavə maliyyə dəstəyi veriləcək.
ABF 2026/2027 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) idarəetmə və inkişaf yanaşmasını dəyişib. Ölkə basketbolunun keyfiyyətini artırmaq, klublar arasında rəqabəti gücləndirmək və azarkeş axınını stimullaşdırmaq məqsədilə yeni maliyyələşdirmə modeli tətbiq olunur.
Ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılsa da, vəsaitlərin bölüşdürülməsi artıq zəmanətli ödənişlərə deyil, klubların performansına və müəyyən edilmiş şərtləri yerinə yetirməsinə əsaslanır.
Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub, hər matç üçün 3 min manat qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti ödəyən klub büdcəsinə əlavə 63 min manat əlavə edə bilər.
Qazanılan hər qələbə 10 min manat dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimal qələbə göstəricisi ilə klublar 210 min manata qədər mükafat əldə edə bilərlər.
Mövsümün sonunda pley-offun yarımfinal mərhələsinə vəsiqə qazanan 4 klubun hər birinə əlavə 150 min manat ayrılacaq.
Baxış sayı:28
Bu xəbər 01 Oktyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















