Icma.az
close
up
RU
Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... İmpressionizmin banisi

Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... İmpressionizmin banisi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

5 dekabr görkəmli fransız rəssam Klod Monenin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Oskar Klod Mone 1840-cı ildə Parisdə pambıq ticarətçisi olan bir ailədə anadan olub, sonralar ailə Havra köçüb. Atasının onu tacir kimi görmək istəyinə baxmayaraq, Havr sakinləri arasında istedadlı karikaturaçı kimi tanınan Mone rəssamlıq öyrənmək üçün Parisə yollanıb.

"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri Bu barışı dünyaya yay... - Günün mahnısı Macərapərəst yazıçı "Dəfinələr adası"nı əvvəlcə necə adlandırmaq istəyirdi?

Akademik yanaşmadan tez bir zamanda məyus olan gənc, isveçrəli rəssam Şarl Gleyrin emalatxanasına daxil oldu və burada Ogüst Renuar, Alfred Sisley, Frederik Bazil kimi sonradan dünya rəssamlıq tarixinin yeni səhifəsini yazacaq sənətkarlarla tanış oldu.

Gənc rəssama ilk şöhrət gətirən əsər gələcək həyat yoldaşı Kamillanı təsvir etdiyi “Yaşıl paltarlı xanım” oldu.

1866-cı ildə Paris Salonunda təqdim olunan bu əsər sənətsevərlərdən müsbət rəylər aldı və Emil Zolya tərəfindən də qeyd olundu.

Həmin il Salonda iştirak etməyən Eduard Maneni səhvən bu uğurlu iş münasibətilə təbrik edən tənqidçilər də olmuşdu.

Lakin rəssamın növbəti əsəri — işıq və kölgənin dəyişən oyununu, tünddən açığa keçidlərin, işıqlandırmanın ən incə çalarlarının ilk dəfə araşdırıldığı “Bağdakı qadınlar” Salona təqdim olunsa da, qəbul edilmədi.

Sonrakı bir neçə əsər də rədd edildi və Mone ciddi maliyyə çətinlikləri ilə üzləşdi.

İmpressionistlərin manifestinə çevrilmiş və cərəyanın adını bəxş etmiş “Təəssürat. Günəşin doğuşu” əsəri 15 aprel 1874-cü ildə “Rədd edilmişlər Salonu”nda nümayiş etdirildi. Sərgi haqqında tənqidi məqaləsində jurnalist Lui Leru bu naməlum rəssamlar qrupunu “impressionistlər” adlandırdı və beləliklə, yeni istiqamət öz adına qovuşdu.

1877-ci ildə impressionistlərin üçüncü sərgisi üçün Mone “Sen-Lazar vağzalı” seriyasından 7 tablo göndərdi; rəssam burada müxtəlif hava şəraitində və işıqlandırmada eyni süjeti — tüstü püskürən ağır lokomotivləri, şəffaf göyüzünü, yüngül şüşə damı və vağzalın güclü metal konstruksiyalarını təkrar-təkrar təsvir etmişdi.

Bu silsilə sonradan erkən impressionizmin şah əsərlərindən biri kimi qəbul olundu.

Mone bir sıra əsərlər yaratmağa başladı ki, burada eyni obyektlər günün fərqli vaxtlarında və müxtəlif işıqlandırmada təsvir edilirdi. Onun impressionist kimi məqsədi - buludların arasından çıxan günəşin, əsən küləyin, parıldayan qarın yaratdığı o anlıq təəssüratı əks etdirmək idi.

1870-ci ildə Klod Mone çox sayda əsərində model olmuş Kamilla Donsye ilə evləndi. Tezliklə ailə Londona köçdü; burada Mone Temzanı tez-tez çəkir, işıq ötürülməsinin ustası Cozef Törnerlə sıx ünsiyyətdə olaraq ondan işığın dərkini öyrənirdi.

Parisın şimal-qərbində yerləşən Arjantöy bir neçə il Mone ailəsinin yaşayış yeri oldu. Məhz burada rəssam təbiəti daim dəyişən, tutulması çətin hərəkət halında müşahidə etmək üçün ilk bağını saldı. “Qladiolus” əsəri də məhz bu xüsusi hazırlanmış bağda yaranıb.

1879-cu ildə, ikinci oğlunun doğumundan bir il sonra Kamilla Donsye-Mone vəfat etdi. Yenidən evləndikdən və yorucu köçlərdən sonra Mone uzun müddət qala biləcəyi bir yer axtarmağa başladı.

1883-cü ildə qatarla Jiverni qəsəbəsinin yanından keçərkən bu məkan onu valeh etdi və o, ailəsi ilə birlikdə tezliklə buraya köçdü; böyük kənd evi və bağ icarəyə götürüldü və bu yer rəssamın sonrakı 40 il ərzində ilham mənbəyinə çevrildi.

Görüntüsü daim dəyişən gölməçələr, ilin fəsilləri və işıqlandırmanın yaratdığı gizli metamorfozlar, səthdə üzən zərif su zanbaqları Mone üçün həyatının son 30 ili boyunca bitməyən material oldu.

Rəssam müxtəlif baxış bucaqlarından və müxtəlif hava şəraitində çəkilmiş təxminən 250 tablo yaratdı.

Bu silsilə Mone tərəfindən yaradılmış ən uzun və ən məşhur əsərlər toplusu hesab olunur. Rəsmlərdə üfüq görünmür, tamaşaçı sanki sonsuz titrəyən parıltılar və əkslər dünyasının ortasında dayanmış kimi hiss edir.

“Su zanbaqları” seriyası həm də uzun və zəhmətli — təkcə rəssamlıq deyil, həm də təşkilati işin nəticəsi idi. Mone malikanənin ərazisində yapon körpüsü inşa etdi, bağ saldı və Misir, Amerika da daxil olmaqla dünyanın müxtəlif yerlərindən su zanbaqları gətirirdi.

Bu seriyanın əsərləri dünyanın ən böyük muzeylərində saxlanılır, Parisdəki Oranjeri muzeyində isə xüsusi olaraq hazırlanmış iki oval zal bu tablolara həsr olunub — tamaşaçıya su ilə əhatə olunmuş hissi yaratmaq üçün.

1899-cu ildə çəkilmiş “Su zanbaqları və yapon körpüsü” impressionizmin əsl şah əsəri sayılır.

Rəssam çoxsaylı yaşıl, sarı və mavi çalarlarından istifadə edərək işıq və kölgənin oyununu, günəş parıltılarının süzülməsini, su zanbaqlarının yüngül yırğalanmasını yaratmışdır.

Yapon körpüsü kompozisiyanın mərkəzindədir. Biz onun rəngini dəqiq müəyyən edə bilmirik: güclü günəş işığında parlayan sıx bitkilərin fonunda körpü həm yaşıl, həm sarı, həm də mavi kimi görünür.

“Su zanbaqları və yapon körpüsü” medal-slitoku “Dünya rəssamlığının şah əsərləri” seriyasından olub hər bir kolleksiyanı bəzəyəcək zərif bir nümunədir.

"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri Bu barışı dünyaya yay... - Günün mahnısı Macərapərəst yazıçı "Dəfinələr adası"nı əvvəlcə necə adlandırmaq istəyirdi?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri