Icma.az
close
up
RU
ABŞ Azərbaycanın sərhədlərini tanıdı ŞƏRH

ABŞ Azərbaycanın sərhədlərini tanıdı ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Amerika artıq regiondadır, Rusiya və İran yeni çağırışlarla barışmalıdır

ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri və Vaşinqtonla Bakı arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə 2020-ci ildən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda bu sənədin imzalanması təkcə ikitərəfli əlaqələr baxımından deyil, regional güc balansı prizmasından da diqqət çəkir.

Xartiyada suverenlik, ərazi bütövlüyü və qarşılıqlı dəstək prinsiplərinin təsdiqi, enerji və nəqliyyat əməkdaşlığı, təhlükəsizlik sahəsində koordinasiya, eləcə də yüksək texnologiyalar və investisiya imkanları kimi istiqamətlər yer alır. Bu isə göstərir ki, tərəflər münasibətləri daha sistemli və uzunmüddətli strateji çərçivəyə daşımaq niyyətindədirlər. Vensin səfəri həm də ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Mövcud geosiyasi rəqabət şəraitində bu addımın region ölkələri, xüsusilə Rusiya və İran tərəfindən necə qarşılanacağı isə ayrıca müzakirə mövzusudur.

Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki,Azərbaycan və ABŞ arasında imzalanmış tərəfdaşlıq xartiyası Azərbaycan üçün çox önəmlidir: 

“Burada ən başlıca diqqəti çəkən məqam suverenlik, müstəqillik və ərazi bütövlüyünə qarşılıqlı dəstək prinsiplərinin təsdiq olunmasıdır. 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ABŞ kimi bir dövlətin Azərbaycanın müasir sərhədlərini tanıması olduqca vacibdir. Bu, Ermənistana da müəyyən siqnallar göndərir ki, Azərbaycan hansı sənədlər çərçivəsində fəaliyyət göstərirsə, Amerika bunu qəbul edir və strateji tərəfdaşlıq xartiyasında rəsmiləşdirir. Eyni zamanda iqtisadi əməkdaşlıq, enerji sahəsi, tranzit yolları, süni intellekt, investisiyalar və texnologiyaların Azərbaycana gətirilməsi baxımından sənəd xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik sahəsində əməkdaşlıq da sənədə daxildir. Burada terrorla mübarizə, Qafqaz bölgəsində sabitlik, müdafiə sahəsində iş birliyi, silah alış-verişi kimi məsələlər yer alır. Bu da Azərbaycan üçün çoxşaxəli və uzunmüddətli əməkdaşlıq perspektivləri açır. Bundan əlavə, strateji işçi qrupu yaradılıb. Həmin xartiyanın maddələrinə uyğun olaraq bu işçi qrupu yeni təkliflərlə çıxış edərək Azərbaycan və ABŞ arasında əməkdaşlığı daha da gücləndirə bilər.

Politoloq qeyd edib ki, bu sənədin Amerika və Azərbaycan arasında əlaqələrə çox ciddi təsiri olacaq:

“Qafqazda ABŞ üçün etibarlı tərəfdaşa ehtiyac var və bu tərəfdaş Azərbaycan ola bilər. Təhlükəsizlik baxımından ABŞ-nin patrul gəmiləri, hərbi texnika dəstəyi kimi addımlar gələcəkdə hərbi-texniki əməkdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq məşğulluq və investisiya imkanları yaradacaq, Amerika investorlarının Bakıya marağını artıracaq. Lakin İran və Rusiyanın ciddi narazılıqları da mümkündür. Ümumilikdə, xartiya imzalandığı günün səhəri İran etirazını bildirmişdi. İran bəyan etmişdi ki, sərhədləri yaxınlığında xüsusilə Ermənistan istiqamətində hər hansı Amerika qüvvəsinin, əsgərinin və ya şirkətinin mövcudluğu onu narahat edir. Rusiya da buna müəyyən dəstək nümayiş etdirmişdi”. 

Analitikin sözlərinə görə nə Rusiya, nə də İran bu prosesə səssiz qalacaq:

“Rusiya gələcək siyasətində elə mövqe tutmağa çalışacaq ki, onun iştirakı olmadan bölgədə Amerikanın atdığı addımlar ciddi nəticə verməsin. İran məsələsi də olduqca həssasdır. ABŞ-nin İrana qarşı planlaşdırdığı mümkün hərbi və ya kəşfiyyat xarakterli fəaliyyətlər fonunda Azərbaycanın rolu da müəyyən dərəcədə gündəmə gələ bilər. Bu, açıq şəkildə ifadə olunmasa da, ABŞ müəyyən məsələlərdə Azərbaycandan dəstək istəyə bilər. Nəticə etibarilə, ABŞ rəsmisinin Azərbaycana səfəri və xartiyanın imzalanması diplomatik baxımdan böyük əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan-ABŞ münasibətlərinin daha sistemli və strateji müstəviyə keçidini təmin edəcək, enerji, təhlükəsizlik, texnologiya, süni intellekt və digər sahələrdə əməkdaşlığın genişlənməsinə şərait yarada bilər. Eyni zamanda ABŞ-nin Cənubi Qafqaz siyasətinin yenidən formalaşmasına və yeni siyasi mərhələnin başlanmasına təsir göstərəcək. Rusiya və İran isə geosiyasi rəqabət kontekstində ya yeni çağırışlarla barışmalı, ya da Cənubi Qafqazdakı mövqelərini və ambisiyalarını yenidən nəzərdən keçirməli olacaqlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri