Oğullarını və arvadını güllələdi, daha sonra intihar etdi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yakutiyada yetkinlik yaşına çatmayan şəxsin qətlə yetirilməsi və qətlə cəhd faktı ilə bağlı cinayət işi açılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Saxa Respublikası (Yakutiya) üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın ilkin versiyasına görə, Yakutiyanın Xangalas rayonunda ata 15 yaşlı oğlunu güllələyərək öldürüb, həmçinin ailəsinin digər üzvlərinə də atəş açıb:
"Noyabrın 22-də səhər saatlarında Xangalas rayonunun Oktömsı kəndində yaşayan 47 yaşlı kişi sərxoş vəziyyətdə öz evində ona məxsus ov tüfəngindən 15 yaşlı oğluna iki dəfə atəş açıb. Aldığı xəsarətlər nəticəsində yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Bundan sonra kişi 14 yaşlı oğluna və arvadına da atəş açıb. Yeniyetmə yaralanaraq xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilir. Daha sonra kişi avtomobilinin salonunda intihar edib".
Qeyd olunub ki, cinayət işi üzrə hadisənin motivlərini və digər təfərrüatını müəyyənləşdirmək məqsədilə istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Noyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















