Arxiv fotoları cinayətin üstünü açdı: 70 il əvvəl Hindistan məbədindən oğurlanmış heykəllər geri qaytarıldı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Smitson İnstitutunun Asiya İncəsənəti Milli Muzeyi daxili araşdırmadan sonra məbədlərdən oğurlanmış orta əsrə aid bürünc heykəlləri Hindistana qaytarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Müəyyən olunub ki, X əsrə aid "Şiva Nataraca", XII əsrə aid "Şiva Somaskanda" və XVI əsrə aid "Sundarar arvadı Paravayi ilə" heykəlləri XX əsrin ortalarında Hindistandan qanunsuz olaraq çıxarılıb.
Bu fakt 1956-1959-cu illər arasında Tamilnad məbədlərindəki heykəllər barədə arxiv qeydləri və fotoşəkillər vasitəsilə sübut edilib.
İki bürünc heykəl tezliklə vətənlərinə qaytarılacaq, lakin Hindistanla uzunmüddətli müqavilə sayəsində "Şiva Nataraca" ("Rəqs edən Şiva") Vaşinqtonda sərgilənməyə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 31 Yanvar 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















