Icma.az
close
up
RU
ABŞ bölgədə əsas tərəfdaş olaraq Azərbaycanı göstərir TƏHLİL

ABŞ bölgədə əsas tərəfdaş olaraq Azərbaycanı göstərir TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan-ABŞ strateji xartiyası imzalanır, regionda təhlükəsizlik və iqtisadi böhran bitə bilər

Ötən ilin 8 avqust tarixində ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə üç ölkə arasında diplomatik münasibətləri yeni mərhələyə daşıdı. Görüş zamanı tərəflər sülh sazişi üzrə razılıq əldə etməklə yanaşı, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində nəzərdə tutulan iqtisadi təşəbbüslər üzrə də ortaq mövqeyə gəldilər. Diplomatik təmasların davamı kimi ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevral ayında Azərbaycana və Ermənistana səfəri planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, səfərin əsas məqsədi regionda sülh təşəbbüslərini daha da gücləndirmək və TRIPP çərçivəsində nəzərdə tutulan layihələrin irəli aparılmasıdır. Bununla paralel olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə səsləndirdiyi fikirlər də diqqət çəkib. N.Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi nəzərdə tutulur. Regionda cərəyan edən son proseslər onu göstərir ki, tərəflər ilk dəfə siyasi razılaşmaları, iqtisadi inteqrasiyanın sütunları üzərində möhkəmləndirərək yekun sülhə doğru addımlayırlar.

Mövzu ilə əlaqədar siyasi şərhçi Zaur İbrahimli “Sherg.az”a açıqlamasında bildirib ki, vitse-prezidentin Cənubi Qafqaza səfəri, sülh prosesinə dəstək olmaqla yanaşı, ABŞ-nin regiona yüksək strateji marağını da ortaya qoyacaq:

“C.D Vensin Bakıya səfəri Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması mərasiminə təsadüf edəcək. Nəzərə alaq ki, bir müddət əvvəl Tramp dəhlizinin reallaşması üzrə Ermənistanla fəaliyyət planı imzalanıb. Həmin planın həyata keçirilməsi, ABŞ ilə Azərbaycan arasında strateji xartiya sənədinin imzalanması Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir. Sənədin imzalanması ilə bağlı müzakirələr göstərir ki, regionda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi sahələrində ABŞ və Azərbaycanın baxışları üst-üstə düşür. Bu sənəd iqtisadi əməkdaşlığı daha da gücləndirərək, ölkəyə ABŞ və Qərb investisiyalarının cəlb olunmasına imkan yaradacaq. Onu da qeyd edim ki, ABŞ faktiki olaraq bölgədə əsas tərəfdaş kimi Azərbaycanı görür”.

Politoloq Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinə aparan yolun əhəmiyyətinə də diqqət çəkib:

“ABŞ Cənubi Qafqaza Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından biri kimi baxır. Bu kontekstdə vitse-prezidentin səfəri ABŞ-nin Azərbaycan və Ermənistanla strateji tərəfdaşlıq əməkdaşlığını dərinləşdirmək baxımından əhəmiyyətlidir. Səfər Ermənistan üçün də vacibdir. Hazırda Avropa İttifaqı və ABŞ-nin Paşinyan komandasına verdiyi dəstək diqqət çəkir. Ehtimallara görə, xarici qüvvələrin təsiri ilə Paşinyana qarşı qeyri-siyasi vasitələr tətbiq oluna bilər. İndidən bu proseslərə qarşı preventiv tədbirlər görülür. Ermənistanda gələn il iyunun 7-də keçiriləcək parlament seçkiləri, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması kontekstində əsas sınaq olacaq. Seçkilər uğurlu keçsə, yekun sülh müqaviləsinin imzalanması mümkündür. Çünki Azərbaycan, müqavilənin imzalanması üçün əsas şərt kimi Ermənistanın konstitusiyasında dəyişiklik edilməsini irəli sürmüşdü. Paşinyan parlament seçkilərində qələbə qazansa, referendumun keçirilməsi üçün siyasi imkanlar açılacaq”.

Aybəniz Səfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Yanvar 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri