ABŞ bu ölkələrə yeni sanksiyalar tətbi edib Siyahı da İran da var
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ-nin yeni hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib.
"Reuters" agentliyi ABŞ Maliyyə Nazirliyinin enerji, gəmiçilik və neft sektorlarında İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Donald Tramp administrasiyasının Xəzinədarlıq Departamenti bildirir ki o, yüz milyonlarla dollar dəyərində milyonlarla barel İran neftinin Çinə ötürülməsində iştirak edən və İranın hərbi fəaliyyətləri üçün gəlir əldə edən beynəlxalq neft şəbəkəsinə sanksiya tətbiq edib.
Departamentin açıqlamasına görə, Tramp hökumətinin yeni sanksiyaları Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dünyanın müxtəlif bölgələrindəki bəzi şəxslər və şirkətləri hədəf alıb.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü bildirib ki, "Sepehr Energy" şirkəti və İran neftinin nəqlinə kömək edən gəmi donanması yeni sanksiyaların hədəfi olub.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Fevral 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















