Icma.az
close
up
RU
ABŞ da dondurucu şaxta Azı 30 nəfər ölüb

ABŞ da dondurucu şaxta Azı 30 nəfər ölüb

Bakupost saytına istinadən Icma.az xəbər verir.


ABŞ-ın bir çox bölgəsini əhatə edən güclü qar fırtınası nəqliyyatın iflic olmasına, minlərlə uçuşun ləğvinə və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Sinoptiklər qarşıdakı günlərdə ölkə üzrə daha sərt və uzunmüddətli dondurucu soyuqların davam edəcəyini bildirirlər.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, ölkənin böyük hissəsində hökm sürən qarlı hava şəraiti nəticəsində azı 30 nəfərin həyatını itirdiyi açıqlanıb. Bir çox ştatda isə kəskin soyuqlar səbəbindən yüz minlərlə ev elektriksiz qalıb.
ABŞ ərazisinin təxminən üçdə ikisi sərt soyuqların təsiri altındadır. Xüsusilə Orta Qərb, Cənub və Şimal-Şərq bölgələri daha ağır şəraitlə üzləşib. Mütəxəssislər yeni Arktik hava dalğasının ölkə üzərində uzun müddət qalacağını proqnozlaşdırırlar.
Pittsburqda qarın qalınlığı yarımmetrə çatıb. Nyu-York son illərin ən qarlı gününü yaşayıb və bəzi bölgələrdə 38 santimetrədək qar qeydə alınıb.
Mütəxəssislər bu həftəsonu yeni bir qar fırtınası barədə xəbərdarlıq ediblər.
Həlak olanlar arasında Massaçusets və Ohayoda qar təmizləyən texnikanın vurduğu iki nəfər, Arkanzas və Texas ştatlarında xizək qəzasında həyatını itirən gənclər, Kanzas ştatında bardan çıxdıqdan sonra donaraq ölən və qar altında tapılan bir qadın da var. Nyu-Yorkda isə səlahiyyətli qurumlar açıq havada azı səkkiz nəfərin meyitinin tapıldığını açıqlayıb.
Arkanzasdan Nyu-İnglendə qədər uzanan intensiv qar yağışı səfərlərdə ciddi ləngimələrə, uçuşların ləğvinə və məktəblərin bağlanmasına səbəb olub.
Ölkə üzrə 12 mindən çox uçuş gecikdirilib və ya tamamilə ləğv edilib. Aviasiya analitika şirkətinin məlumatına görə, bazar günü ABŞ-da planlaşdırılan uçuşların 45%-i ləğv edilib ki, bu da COVID-19 pandemiyasından bəri qeydə alınan ən yüksək göstəricidir.
Bazar ertəsi axşam saatlarında, əsasən ölkənin cənub ştatlarında olmaqla, 560 mindən çox elektrik kəsintisi qeydə alınıb və yüz minlərlə insan işıqsız qalıb.
Mississippi ştatında 1994-cü ildən bəri ən güclü qar fırtınası yaşanıb. Yerli hakimiyyət orqanları ən çox zərər görmüş bölgələrdə yerləşən xəbərdarlıq və sığınacaq məntəqələrinə çarpayı, yorğan, qablaşdırılmış su və generatorların çatdırılması üçün təcili tədbirlər görüb.
Bu arada Tennessi ştatının Neşvil şəhərində bazar ertəsi minlərlə ev və iş yerinə elektrik enerjisi bərpa edilsə də, təxminən 146 min abonent hələ də elektriksiz qalıb. Bölgə sakinləri qaranlıq və soyuq evlərini tərk etməyə çalışsa da, bir çox hotel gecə saatlarında fəaliyyətini dayandırıb.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri