ABŞ da kütləvi atışma: Hamilə qadın və uşaqlar daxil olmaqla doqquz nəfər öldü
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Amerika Birləşmiş Ştatlarında baş verən silahlı insident nəticəsində aralarında hamilə qadın və iki uşağın da olduğu doqquz nəfər qətlə yetirilib.
"Bakupost" xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Hadisə oktyabrın 9-da Pensilvaniya ştatında qeydə alınıb. Naməlum şəxs ətrafa atəş açdıqdan sonra binada barrikada qurub və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmaya girib.
"Silahlı şəxslə qurbanlar arasında hansısa əlaqənin olub-olmadığı hələ aydınlaşdırılmayıb. Qətlin motivi məlum deyil. Həlak olanlara hörmət əlaməti olaraq onların ölümünün dəqiq təfərrüatı ictimaiyyətə açıqlanmır", - deyə polis rəisi bildirib.
ABŞ kütləvi informasiya vasitələrinin məlumatına əsasən, cinayəti törədən şəxs atışma nəticəsində ölüb.
Baxış sayı:125
Bu xəbər 10 Oktyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















