Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

E vitamini ilə zəngin 5 məhsul

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

ABŞ da USAID i bağlamaq mümkün olacaqmı?

ABŞ da USAID i bağlamaq mümkün olacaqmı?

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndiyədək USAID təşkilatının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) fəaliyyəti ilə bağlı ayrı-ayrı ölkələrdən ardı-arası kəsilməyən narazılıqlar gəlirdi. Qurumun adı işlədiyi ölkələrdə daim siyasi proseslərə açıq və gizli müdaxilə, vətəndaş cəmiyyəti sektorlarının qrantlar müqabilində ələ alınması və onlardan “narazı elektorat” formalaşdırılaraq milli hökumətlərə qarşı istifadə olunmasında, hakimiyyət çevrilişi ssenarilərinin hazırlanıb həyata keçirilməsinə cəhdlərdə və digər belə çirkin əməllərdə hallandırılırdı. Ancaq Bayden-Blinken administrasiyası dünyanın dörd bir tərəfindən gələn narazılıqlara biganə qalaraq qurumun fəaliyyətinin beynəlxalq hüquqa, milli dövlətlərin və ABŞ-ın öz maraqlarına uyğun tənzimlənməsi ilə bağlı hər hansı bir tədbir görməyə tələsmirdi.

ABŞ-da ifşa olunan USAID

İş elə gətirdi ki, bəzi milli dövlətlər üçün bir növ qara kabus qismində çıxış edən USAID bu dəfə elə ABŞ-ın özündə ifşa olundu. Bu, Ağ Evdə cari ilin yanvarında administrasiyanın dəyişməsindən sonra baş verdi. Yeni Prezident Donald Tramp USAID ilə bağlı narazılığını açıq mətnlə ifadə edib, hətta qurumu korrupsiya, saxtakarlıq əməllərində və digər çirkin işlərdə günahlandırıb.  “USAID-ə baxanda görürəm ki, bunların hamısı fırıldaqdır. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi həqiqətən yaxşı məqsədlərə yönəlib. Onun büdcəsindəki hər bənd ya korrupsiya, ya da gülünc bir şeydir”, - deyə Tramp vurğulayıb.

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask isə USAID-ə qarşı daha ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Mask “X” hesabında bu mövzuda bir neçə paylaşım edib və qurumu “cinayətkar təşkilat” adlandırmaqdan belə çəkinməyib.

Yeni administrasiyanın USAID-i hədəfə alması yalnız onun ünvanına sərt ittihamlar səsləndirilməsi ilə məhdudlaşmayıb. Təşkilatın fəaliyyətinin dayandırılması məqsədilə praktiki müstəvidə də ciddi addımlar atılıb. Belə ki, agentliyi radikal sol gündəmin təbliğatını aparmaqda ittiham edən D.Tramp qurumun fəaliyyətinin dayandırılması və strukturunun yenidən qurulması istiqamətində tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Qısa müddətdə təşkilatın əməkdaşlarının sayı 10 000-dən 290 nəfərə qədər azaldılıb. Eyni zamanda, qurumun baş qərargahı ləğv edilib. Həmçinin gələcəkdə bu qəbildən olan tədbirlərin davam etdiriləcəyinin anonsu verilib.

Beynəlxalq inkişaf adı altında pərdələnən kabus təşkilat

USAID-in əsası 1961-ci ildə qoyulub. Həmin vaxtdan etibarən “demokratiya”, “iqtisadi inkişafa və insan haqlarına dəstək vermək” kimi şüarlar altında pərdələnən qurum özünü dünyaya xoş məramlı bir təşkilat kimi təqdim etməyə çalışıb və müəyyən qədər də buna nail olub. Lakin USAID-in humanizmdən, xeyirxahlıq və inkişaf məqsədlərindən uzaq olduğu, ondan milli dövlətlərə qarşı “yumşaq güc” aləti qismində istifadə edildiyinin aşkarlanması üçün uzun zaman lazım gəlməyib...

USAID-in əli, həmçinin bizim regiona da uzanıb. Qurum region dövlətlərinə aşağıdakı qaydada vəsaitlər ayırıb:

• Gürcüstan: 1,8 milyard dollar,

• Ermənistan: 3,3 milyard dollar,

• Ukrayna: 2022-ci ilə qədər 3 milyard dollar, 2023-cü ildə əlavə 16,6 milyard dollar,

• Moldova: 2,6 milyard dollar.

Ayrılan vəsaitlərin təyinatı müxtəlif ölkələr üçün fərqli olub. Məsələn, qonşu Gürcüstana vəsaitlərin demokratik islahatlar, məhkəmə sisteminin yenidən qurulması və enerji təhlükəsizliyi, Ermənistana əsasən humanitar yardım və vətəndaş cəmiyyətinin gücləndirilməsi, Moldovaya seçki islahatları və Avropaya inteqrasiya prosesinə dəstək üçün ayrıldığı bəyan edilib. Reallıqda isə vəsaitlər tamam fərqli, ölkələrin milli maraqlarına qarşı yönələn məqsədlərə xərclənib. Gürcüstanın, Ukraynanın timsalında bunu aydın şəkildə görmək mümkündür. Ermənistan kimi ölkələrdə  isə Amerika vətəndaşlarının vəsaitləri hesabına formalaşan USAID büdcəsinin həm də korrupsiya yeminə çevrildiyi də hər kəsə bəllidir.

Azərbaycanda USAID-ə yer yoxdur

Qurum 1991-ci ildən etibarən respublikamızda  müxtəlif adlar altında təqdim olunan layihələrə 450 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Hesabatlarda bu vəsaitin media, qeyri-hökumət təşkilatları və iqtisadi islahatlara dəstək üçün ayrıldığı bildirilsə də, USAID-in respublikamızdakı fəaliyyəti bir qayda olaraq qərəzli məzmun kəsb etməsi ilə fərqlənib və zaman-zaman çirkin əməllər ifşa olunub. Məlumdur ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID dərhal proseslərə müdaxilə etməyə cəhd göstərdi. Qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi, “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını bildirdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” kimi bədnam təşəbbüsü də irəli sürmüşdü.

Azərbaycanda 2012-ci ildə baş tutan “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları, həmçinin 44 günlük Vətən müharibəsi günlərində, COP29 ərəfəsində beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID kimi təşkilatlar dayanıb. Eyni zamanda, USAID dəfələrlə respublikamızda yaşanan qarşıdurma və gərginlik cəhdlərinin maliyyə təminatını həyata keçirib.

Belə qərəzli yanaşma hara, qurumun adında ifadə olunan inkişaf hara? Bu cür  saxta, riyakar, qərəzli, ermənilərin himayədarı rolunda çıxış edən bir təşkilata Azərbaycanda yer ola bilərmi? Cavab birmənalıdır: Yox! Məhz USAID-in sərgilədiyi qərəzli əməllərinə görə onun respublikamızda fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Prezident İlham Əliyev ötən ilin dekabrında rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində USAID-lə bağlı tənqidi fikirlər səsləndirib.

Federal hakimlər dəstəkçi rolunda

USAID-in ifşası ABŞ-ın yeni administrasiyasından gəlsə də, ölkədə qurumun müdafiəsinə qalxanlar da var. Belə ki, ABŞ-ın Kolumbiya Dairəsindəki Dairə Məhkəməsinin hakimi yeni administrasiyanın USAID-in 2700-ə yaxın əməkdaşını işdən çıxarmaq və inzibati məzuniyyətə göndərmək planlarını bloklayıb.

Eyni zamanda, ABŞ-da hökumət işçilərini təmsil edən Həmkarlar İttifaqları USAID-i bağlamaq səylərinə görə yeni administrasiyanı məhkəməyə veriblər. Bu barədə “TheHill” nəşri məlumat yayıb.  İddiada xüsusi olaraq USAID-in müstəqil direktor əvəzinin təyin olunması, binaların yenidən açılması, təşkilatın sistemlərinin və internet səhifələrinin, bütün qrant və müqavilələrin bərpası, əlavə işçilərin inzibati məzuniyyətə yerləşdirilməsinə fasilə verilməsi, məzuniyyət bildirişlərinin və məcburi evakuasiya əmrlərinin geri çağırılması kimi tələblər yer alır.

Bu kimi reallıqlardan hasil olan qənaət ondan ibarətdir ki, ABŞ cəmiyyətində və hakim dairələrində USAID-in uzantıları var. Belə görünür ki, indi həmin uzantılar təşkilatı müdafiə etmək üçün yeni administrasiyaya qarşı müqavimət hərəkatı formalaşdırmağa çalışırlar. Baş verənlər fonunda məntiqi sual yaranır: Yeni administrasiya ABŞ üçün üzqarası, milli dövlətlər üçün qara kabus olan  USAID-? tam şəkildə bağlamağa nail olacaqmı?

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see312

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see291

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see287

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see246

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see241

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see229

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see223

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see216

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see214

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see214

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see204

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see204

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see197

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see189

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see189

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see187

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see186

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see176

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri