Icma.az
close
up
RU
ABŞ dan SENSASİON ADDIM Hədəfdə iki ölkə var ADLAR

ABŞ dan SENSASİON ADDIM Hədəfdə iki ölkə var ADLAR

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ yeni müdafiə strategiyasını elan edib.
Sənədə əsasən, Vaşinqton üçün əsas prioritetlər Çinin qarşısının alınması və ABŞ ərazisinin müdafiəsidir.
Rusiya isə NATO-nun şərq üzvü olan ölkələr üçün “davamlı, lakin idarəolunan” təhlükə kimi qiymətləndirilir.
Bildirilir ki, ABŞ-ın NATO üzrə müttəfiqləri Rusiyadan xeyli güclüdür və bu fərq ciddi hesab olunur. Bu səbəbdən də yeni strategiyaya əsasən ABŞ Avropanın müdafiəsində əsas məsuliyyəti müttəfiqlərin üzərinə atır. ABŞ isə yalnız həyati əhəmiyyətli dəstək göstərməklə kifayətlənəcək.
Ukraynanın müdafiəsində də Vaşinqton aparıcı rolu Avropanın oynamalı olduğunu qeyd edib.
Yenilənmiş strategiyada Qrenlandiya, Panama kanalı və Arktikanın ABŞ-ın əsas strateji maraq nöqtələri kimi vurğulanır. 
ABŞ-ın NATO-dakı müttəfiqlərdən imtinası fonunda Avropanı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Amerika siyasi elitasında dünyaya özünəməxsus bir baxış hökm sürür:
“Onlar dövlətləri müxtəlif kateqoriyalara bölürlər. Amma Donald Tramp Sülh Şurası ideyasını irəli sürürsə, hədəfdə olan ölkələrin sayını ya heçə endirmək, ya da minimuma salmaq lazımdır. İndilikdə isə ABŞ-ın hədəfində olan əsas ölkələr Çin və İrandır”.
Politoloqun fikrincə, təkcə təzyiqlə problemləri həll etmək mümkün deyil, ona görə də Tramp sülhün qorunmasına da xüsusi önəm verməlidir:
“Dünya birliyi məsuliyyətli və həssas bir dövr yaşayır. Geniş bir formatda yeni düzənin yaradılması söhbətləri gedir. Təbii ki, yeni düzən də sabit axarda yaranmır. Bu yol keşməkeşli bir yoldur. O yol ağrılı müharibə və münaqişələrdən keçir. Ona görə də düşünürəm ki, tək təzyiq etməklə iş bitmir, Tramp adminstrasiyası sülhün qorunmasına da böyük yer ayırmalıdır. Çünki dünyada Venesuela əhvalatı birmənalı qarşılanmadı”.
Tramp öz adını sülhlə bağlamaq istəyirsə...
T. Abbasov qeyd edib ki, Trampın Cənubi Qafqaza, xüsusən də Azərbaycana diqqət ayırması sevindirici haldır:
“O, həqiqətən də Prezident İlham Əliyevin sülh məsələsinə verdiyi töhfəni yüksək qiymətləndirir. Digər tərəfdən də bilir ki, Azərbaycan dövləti öz Prezidentinin rəhbərliyi altında bölgə üçün həqiqətən də əlverişli bir yol xəritəsi yaradıb. Ermənistana da humanistlikdən irəli gələrək dəstək göstərmək istəyirik.
Müharibələrə gətirib çıxaran səbəbləri aradan qaldırmaq çətin məsələdir. Müharibələr rəqabət və maraqların toqquşmasının nəticəsidir. Tramp öz adını sülhlə bağlamaq istəyirsə, bu istiqamətdə “dirəklərin möhkəmlənməsi”nə kifayət qədər ciddi önəm verməlidir”.
ABŞ Avropadan nəyi tələb edir?
Müsahibimiz düşünür ki, Trampın Avropaya münasibətdə sərgilədiyi siyasət əslində “köhnə qitə” üçün bir oyanışdır:

“Avropa uzun illər çox komfortlu şəraitdə yaşayıb. Son dövrə qədər onların təhlükəsizliyi ABŞ-ın hesabına təmin olunurdu. NATO-nun maliyyə problemləri də əsasən ABŞ-ın üzərində idi. İndi isə Tramp Avropadan tələb edir ki, özlərini özləri təmin etsin. Bu düzgün bir yanaşmadır. Belədə Tramp Avropanı başlı-başına buraxır və onlara gələcəkləri üçün özlərinin çalışmalı olduğunu bəyan edir. Burada hansısa bir möcüzə baş verməyib. Hər şey qayda-qanunla tənzimlənir”. 
Rüfət Sultan, Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri