Balaxanı “Çiçəkli” yarmarkaya hazırlaşır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Abadlıq Xidmətinin baş sponsorluğu ilə Bakı kəndlərində ilk yarmarka keçirildi. Paytaxt kəndləri arasında illərdir öncüllüyünü qoruyub saxlayan Balaxanı bu yeniliyə də ilk evsahibliyi etdi. Payızın ilk yarmarkası bostanın ən böyük məhsuluna - balqabağa həsr olundu.
Oktyabrın 24-dən noyabrın 1-dək davam edən yarmarkanın sorağı hər yana yayıldı. İnsanlar axın-axın Balaxanıya üz tutdular. Uşaqlar üçün bayram, böyüklər üçün əyləncə. Milli yeməklər - qəlyə və qutablar, müxtəlif şirniyyatlar, mürəbbələr, orijinal reseptlə hazırlanmış desertlər, həmçinin məxsusi yarmarka üçün sifariş verilmiş suvenirlər, bəzək və məişət əşyaları sayəsində Balaxanı bir həftə sərasər payız rənglərinə büründü. Bakı Abadlıq Xidmətinə aid bütün şirkətlər sərgiyə öz töhfələri ilə qatıldılar. «Gilabi Ceramics», «Sariban», Laçında fəaliyyət göstərən «LATİFA» və «Naxışlı»nın eksklüziv məhsulları təqdim olundu. Qida sektorunda Balaxanını tanıdan brendə çevrilmiş «Oxlov» və «Qovurma» restoranlarının köşkləri qarşısında iynə atsaydılar, yerə düşməzdi. Bütün bunlar kənd həyatının canlanmasına, 10 gün boyunca qəsəbəyə fasiləsiz turist axınının yaranmasına səbəb oldu.
Balaxanıda keçirilən balqabaq yarmarkasına gələnlər təəssüratlarını bol-bol paylaşdılar. Həftə boyu telekanallar, informasiya saytları, sosial şəbəkələr payızın qızılı rənginə büründü.
Yarmarkanı keçirməkdə məqsəd yerli fermerlərə stimul verməklə kənd təsərrüfatına dəstək olmaq idi. Nəticə elə uğurlu oldu, insanlar tərəfindən elə coşquyla qarşılandı ki, təşkilatçılar bu işi davam etdirmək qərarına gəldilər. «Çiçəkli payız» adlı növbəti yarmarka noyabrın 7-də başlanacaq. Təmir-tikinti, abadlıq işləri ilə məşğul olan Bakı Abadlıq Xidmətinin əsas fəaliyyət sahələrindən biri də yaşıllaşdırmadır. Yeni yarmarka istehsalın məhz bu xəttini nümayiş etdirəcək. Təbiətdə rənglərin solğunlaşdığı, çiçək mövsümünün sona çatdığı bir vaxtda Balaxanı əsl gülüstana dönəcək. Əlvan dekorlar, şəfalı çaylar, milli mətbəxin ətirli təamları soyuq payız günlərində gözəl bahar mənzərəsi yaradacaq.
Vaxt eləyib yolunuzu Balaxanıdan salın. Fotosessiyalar üçün gözəl məkan, uşaqlarınız üçün əyləncə, özünüz üçün sərfəli alış-veriş yeri - yenə hamısı bir arada olacaq - Balaxanıda.
A.Nərmin

Baxış sayı:118
Bu xəbər 02 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















