Icma.az
close
up
RU
Qalib quşlar olacaq Şahnaz Şahin yazır

Qalib quşlar olacaq Şahnaz Şahin yazır

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Esse

“Həyatı yaşamağın iki yolu var, biri heç bir şey möcüzə deyilmiş kimi, digəri isə hər şey möcüzəymiş kimi yaşamaq.” Eynşteyn.

  Insan zamanla əvvəllər alışdığı bir çox şeyə sonra yadırğayır, hətta bəzən unudur. Bu, bir vaxt can bir qəlbdə olduğu dostu da ola bilər, doğması da. Lap hər hansı vərdişi də, sevdiyi işi də. Hələ şahanə duruşunu da, yerişini də, sağlam düşüncəsini, çətin gündə güvəndiyi ağlının özünü belə... Məsafələr sənə zarafat gəlməsin, Əli Kərim demiş “araya dağ-dərə salan” həsrəti, ayrılıqları heçə sayıb keçmə, dayan...

    Qələmi iti, zəkası aydın, zehni açıq olan, ədəbiyyata öz bədii təfəkkürüylə sanballı əsərlər bəxş edən bir yazıçı son vaxtlar yazı vərdişini yadırğadığından şikayətçidi. Uzun illərin ayrılığından sonra yenidən əvvəlki hərarəti bərpa edib birlikdə olmağa qərar verən iki insan bəzən bir ocaqda kösöv olur, amma alışıb köz sala bilmir. Saçının birini ağ, birini qara hörüb itkin bildiyi nişanlısının yolunu gözləyərək ailə qurmayan xanımı qınaya bilmərəm. Amma doğru və ya yanlış addım atdığını bu gün bəlkə heç özü də dəqiq bilmir...

   Bəşəriyyətin ən böyük faciəsi olan müharibələr təkcə ölkələr arasında getmir ki, bəzən insan, ağlının ucundan belə keçirmədiyi xəstəliklə illərlə dava etməli olur. Görünməyən düşməni yenmək isə heç də həmişə asan başa gəlmir. Bəzən bütün vucudun yığılıb bir düşmənlə qeyri-bərabər döyüşə atılmalı olur, onun yaratdığı daxili sarsıntı, çarəsizlik sindromu insanın psixologiyasını da, sinir sistemini də zədələyir. Hələ bu, tibbin qarşısında aciz qaldığı, köklərindən baş çıxarmadığı bəladırsa onda şərtlər bambaşqa olur, yollar isə naməlum istiqamətlərə dəyişir. Sən də əllərini qoşalayıb;

Tanrım özü bilir, bilir nəyim var,

İstəsə şəfanı yox yerdən verər.., deyib asılırsan ümidindən...

    Hər insan bir fərddir, taleyi də, qisməti də, lap mübtəla olduğu xəstəlik, buna görə aldığı müalicə, bədənin rezistentliyi, qəbul etdiyi dərmanlara reaksiyası və  baxışı da fərqlidi. Kimisi xəsətəliyin qapısına vurduğu topu vaxtında tutar, özünü cəmləyib əks hücuma keçər, başqa biri elə bircə zərbədən nakauta düşər. Birinə həyat iksiri olan ilac digərinin telini tərpətməz!.. Hər bədənin öz dili var, o hər dildən anlamaz. Xoş halına bədəniylə dil tapa bilən kəslərin... Xoş halına dərdi dərmana dönən kəslərin... Və xoş o xəstənin halına ki, “təbibi qənşər gələr. ”Təbibi qənşər gətirən də uca Yaradan özüdür, dərdin fərmanı da, dərmanı da ondan gəlirsə şükür içindəsən demək.

    Dünya çox möcüzələrə şahidlik edib zamanla, çox görmüşük  zəif görünən birinin özündən deyən pəhləvanın kürəyini yerə gətirdiyini. Düşünürəm, ümid varsa çıxış yolu da həmişə var, lap bıcaq sümüyə dayandığında, əlin yerdən göydən üzülüb qoynuna kilidlənəndə belə... Tarixə “Fil hadisəsi” kimi düşən, Yəmən hakiminin Kəbəni dağıtmaq məqsədilə Məkkəyə döyüş filləri və böyük qoşunla hücumu zamanı İlahi müdaxilə sayəsində “Əbabil” quşlarının ordunu odlu daşlarla məhv etdiyi kimi...

    Hər kəs dünyaya xoşbəxt olmaq üçün gəlir, hər açılan sabahdan, düşən axşamdan möcüzə gözləmək var insan xislətində. Soruşsan hərə bir cür öyər xoşbəxtliyi, hərə bir şeydə görər. O isə hər yerdədir, bir içim suda, bir tikə çörəkdə, bir udum havada, yaşadığın anda, isti bir baxışda, gözlədiyin xoş bir xəbərdə.., eh daha nələrdədir!.. Bir də rahat yatdığın gecələrdə, ağrısız oyandığın sabahlardadır xoşbəxtlik!

Xatirə doğulur hər gündoğanda,

Hər Günəş doğana ümid çoxalır.

Çiçək toplayıram tikan içindən,

Qanayan əllərim qanad çıxarır...

   Sağlamlıq da, xəstəlik də insan həyatının, ruhun və bədənin bir parçasıdır. Artur Şopenhauer sağlamlığı hər şeydən üstün hesab edirdi, Rumi müalicədə daxili hüzurun sağaldıcı gücünə inanır, İbn Sina isə xəstəliklərin əlacını bədənin özündə  görürdü. Məncə hər üçü haqlı idi. Mən də ağrısız düşəcək axşamın, açılacaq sabahın təntənəsinə inanıram, sən də inan, və əmin ol ki, bu dəfə də qalib quşlar olacaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri