ABŞ də fövqəladə hallar idarəsinin rəhbərinin zarafatı Senatda çaşqınlıq yaratdı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Fövqəladə Hallar üzrə Federal Agentliyinin (FEMA) rəhbəri Devid Riçardson ölkədə qasırğa mövsümünün başladığından xəbərsiz olduğunu bildirib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun sözləri hətta FEMA əməkdaşları arasında çaşqınlıq yaradıb.
"İdarə rəisi iclas zamanı bildirib ki, onun ölkəsində qasırğalar mövsümü olmasından xəbəri yoxdur", - deyə agentliyin açıqlamasında bildirilir.
FEMA-nı idarə edən ABŞ Daxili Təhlükəsizlik Departamenti daha sonra ictimaiyyəti əmin edib ki, Riçardson sadəcə zarafat edib. Lakin onun sözləri artıq Senata da çatıb və parlamentin yuxarı palatasındakı demokratların lideri Çak Şumer FEMA rəhbərinin niyə işdən çıxarılmaması ilə maraqlanıb.
Qeyd edək ki, ABŞ-də qasırğalar mövsümü iyundan noyabr ayına qədər davam edir. Sinoptiklər 2025-ci ildə 10-a qədər qasırğanın olacağını gözləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















