Qurban Qurbanovun ona şans verməsi doğru deyil Yolları ayıracaqlar
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın "Neftçi"(Fərqanə) ilə görüşdə istəkli olmağı gözə çarpırdı. Futbolçular qış fasiləsinə az qalmış nə qədər yorğun, istəksiz görünürdülərsə, Fərqanə klubu ilə matçda tam əksi - çox istəkli, enerjili görünürdülər. Bu matçda mənim üçün daha bir diqqətçəkən məqam Ramil Şeydayevlə bağlıdır. Şeydayev artıq birəbirdə rəqib də keçə bilmir".
Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti Mirbağırağa Cəfərli bildirib.
Onun sözlərinə görə, futbolçu əvvəl heç olmasa, sürət və iri addımları hesabına alındırırdı, rəqibi keçirdi, indi onu da edə bilmir: "Onsuz da, 3-cü dəfə onu “Qarabağ”a gətirmək məntiqsiz idi. Məncə, Şeydayevə şans verməkdənsə, 16-18 yaşlı uşaqlara şans vermək, təcrübə qazanmasına imkan yaratmaq daha yaxşıdır. Çünki Şeydayev heç Premyer Liqa matçlarında performans göstərə bilmir, bilməyəcək də".
Jurnalistin fikrincə, Qurban Qurbanovun Ramil Şeydayevə bu dəfə şans verməsi doğru deyil.
"Yəqin ki, mövsümün sonunda onunla yolları ayıracaqlar. Artıq milli komandaya da dəvət edilməyən Ramil həqiqətən meydanda çox yorğun, çox həvəssiz, inamsız görünür. Kristian Kuakunu da bu siyahıya əlavə etmək olar. Şeydayev və Kuaku transferini "Qarabağ"ın yaydakı uğursuz transferləri adlandırmaq olar. Vaxtı ilə Julio Romao da bəlkə bu cür görünürdü, amma o, ən azından meydanda olanda keyfiyyətini hiss etdirirdi, zamanla daha yaxşı olacağına inandırırdı. Kuaku isə o deyil, məncə "Qarabağ" bu futbolçunun əsl keyfiyyəti üçün çoxdur. Premyer Liqamızdakı daha aşağı pillələrdə olan klublarda bəlkə alındırar", - deyə o söyləyib.
Xatırladaq ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşıb.
Matç "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 3-cü və 29-cu dəqiqələrdə Marko Yankoviç, 8-ci dəqiqədə Andrade, 10-cu dəqiqədə Joni Montiel və 71-ci dəqiqədə Nəriman Axundzadə vurub.
Bundan əlavə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer planları ilə bağlı danışıb. O, jurnalistlərə müsahibəsində qeyd edib ki, hazırda uğurlu transfer danışıqları aparılır:
“Mənim də elə qarşıya qoyduğum bir neçə vacib, həyata keçiriləsi işlərdən biri transfer məsələsidir. Çox istərdim ki, bir neçə transfer edək. Danışıqlar, axtarışlar gedir. Hardasa uğurlu olan danışıqlar da var. Qarşıdakı günlərdə yenə də bu mövzuya qayıdarıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















