Icma.az
close
up
RU
Ötən il minatəmizləmə üzrə son 5 ilin rekordu qeydə alındı Statistika

Ötən il minatəmizləmə üzrə son 5 ilin rekordu qeydə alındı Statistika

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Media Təhlil Mərkəzinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2021–2025-ci illər ərzində ümumilikdə 248 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin ümumi sahəsi 62 023,9 hektar təşkil edib. 2025-ci ildə isə əvvəlki illə müqayisədə təmizlənən ərazilərin sahəsi 11,6 faiz və ya 7 181,8 hektar artaraq 69 205,7 hektara çatıb. Bu göstərici son beş il ərzində qeydə alınmış ən yüksək nəticədir.

İllər üzrə dinamikaya nəzər salsaq görərik ki, 2021-ci ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin sahəsi 20 164,7 hektar olub. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 117,8 faiz və ya 23 751,1 hektar artaraq 43 915,8 hektara yüksəlib. 2023-cü ildə isə 2022-ci illə müqayisədə 20,9 faiz və ya 9 165,8 hektar artım qeydə alınıb, təmizlənən ərazilərin sahəsi 53 081,6 hektar təşkil edib.

Ümumilikdə, təqdim olunan göstəricilər mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin həcminin və intensivliyinin ildən-ilə artdığını nümayiş etdirir.

Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 1 861 ədəd tank əleyhinə mina və 4 963 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə isə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 20 272 ədəd tank əleyhinə mina və 34 213 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunmalıdır ki, minatəmizləmə əməliyyatları həm mina sahələrində, həm də vaxtilə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə icra olunur.

Minatəmizləmə fəaliyyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, eləcə də beş özəl şirkət tərəfindən həyata keçirilir.

Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 52 392 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ən yüksək artım 2024-cü ildə qeydə alınıb. Belə ki, 2023-cü ildə 23 049 ədəd partlamamış hərbi sursat zərərsizləşdirildiyi halda, 2024-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 156,7 faiz və ya 36 114 ədəd artaraq 59 163 ədədə çatıb.

Əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2022-ci ildə 14 950 ədəd, 2021-ci ildə isə 21 942 ədəd partlamamış hərbi sursatın aşkar edilərək zərərsizləşdirildiyi məlum olur.

Ümumilikdə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 171 496 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.

Proqram çərçivəsində 2022–2025-ci illər ərzində 228 227 hektar ərazi minalardan tam şəkildə təmizlənib.

Beləliklə, dövlət proqramının icra müddətinin başa çatmasına təxminən bir il qalmış, nəzərdə tutulan ümumi ərazinin 81,5 faizi artıq minalardan tam təmizlənib, bu isə proqram üzrə tədbirlərin planlı və ardıcıl şəkildə icra edildiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri