ABŞ də seçki öncəsi siyasi mübarizə
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Sabah ABŞ-də Konqresə aralıq seçkiləri keçiriləcək. Nyu-York ştatında da seçicilər Nümayəndələr Palatasına və ştatın qubernatoru vəzifəsinə namizədlər arasında seçim edəcəklər.
Redaktor.az "Politico"ya istinadən xəbər verir ki, Nyu-Yorkda əsas mübarizə Respublikaçılar və Demokratlar Partiyasının namizədləri arasında gedir.
Respublikaçılar seçki kampaniyasında ştatda yüksək vergiləri, mənzil və kommunal xidmət xərclərinin artmasını gündəmə gətirirlər. Onlar bu problemlərə görə ştatı uzun müddətdir idarə edən Demokratlar Partiyasını məsuliyyətli hesab edirlər.
Qubernator postuna Respublikaçılar Partiyasından namizəd Brüs Blekmən hazırkı qubernator, demokrat Keti Hokula qarşı mübarizə aparır. Blekmən vergilərin azaldılmasını, enerji xərclərinin aşağı salınmasını və ictimai təhlükəsizliyin gücləndirilməsini vəd edir.
Demokratlar isə Hokulun fəaliyyətini müdafiə edir. Qubernatorun seçki qərargahı onun ictimai təhlükəsizliyə 4 milyard dollar sərmayə yatırdığını və sakinlərin xərclərini azaltmaq üçün tədbirlər gördüyünü bildirir.
Respublikaçılar həmçinin Konqresə seçkilərdə demokratların ştatdakı siyasətini tənqid edirlər. Nyu-Yorkun 17-ci Konqres dairəsində respublikaçı Mayk Louler demokrat Keyt Konli ilə, 3-cü dairədə demokrat Tom Suozzi respublikaçı Maykl LiPetri ilə, 4-cü dairədə isə demokrat Laura Gillen respublikaçı Cin Driskolla qarşı yarışır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















