Məşhur müğənnidən nişanlısına ULTİMATUM: “Ya evlən, ya da...”
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli məşhur müğənni İrem Derici nişanlısı Melih Kunukçuya evliliklə bağlı xəbərdarlıq edib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Burak Bulutun konsertində jurnalistlərin suallarını cavablandırıb.
Derici nişanlısı ilə münasibətlərində çətin dövr keçirdiklərini, lakin bu problemlərin onları bir-birinə daha da yaxınlaşdırdığını bildirib.
“Çətin günləri geridə qoyduq, indi hər şey qaydasındadır. Hər ikimiz üçün ağır dövr idi, amma bu bizi daha da bağladı. Mən ona yenidən aşiq oldum”, – müğənni bildirib.
Evlilik məsələsinə toxunan Derici nişanlısına ilin sonuna qədər vaxt verdiyini açıqlayıb:
“İndi futbola baxır, amma buradan sevgilimə səslənirəm. Bu il bitənə qədər nikah masasına oturub imza atmasan, məni unut!”
40 yaşına yaxınlaşdığını bildirən müğənni gələcəkdən gözləntilərinin daha böyük olduğunu da vurğulayıb.
“30 yaşlarım gözəl keçdi. Çox çətin günlərim də oldu. Amma 40 yaşımdan daha böyük gözləntilərim var”, – İrem Derici əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















