ABŞ də toz fırtınası: Uçuşlar dayandırıldı, şəhər qaranlığa qərq oldu
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Arizona ştatını vurmuş “haboob” adlı toz fırtınaları gündəlik həyatı iflic edib.
Sherg.az xəbər verir ki, Federal Aviasiya İdarəsi (FAA) Phoenix Sky Harbor Beynəlxalq Hava Limanında saat 18:30 radələrində bütün uçuşların dayandırıldığını açıqlayıb.
Təxminən bir saat sonra yenidən başlayan əməliyyatlarda uçuşların qalxmasında 15-30 dəqiqəlik gecikmələr yaşanıb. Elektrik kəsintiləri də geniş bir əraziyə yayılıb. Ştatın böyük hissəsində 40 mindən çox evin elektrik enerjisi kəsilib.
Milli Hava Xidməti günorta saatlarında iki milyondan çox insanın “toz fırtınası xəbərdarlığı” altında olduğunu bildirib.
Fırtına şimal istiqamətinə hərəkət edərkən Black Canyon City bölgəsində görünüş məsafəsi ciddi şəkildə azalıb. Rəsmi qurumlar, saatda 80 kilometrdən çox sürətlə əsən küləklərə görə sürücülərə fırtınaya girməmək barədə xəbərdarlıq ediblər.
Baxış sayı:71
Bu xəbər 26 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















