Icma.az
close
up
RU
ABŞ dən açıq mesaj: Devid Vens Bakıya niyə gəlir?

ABŞ dən açıq mesaj: Devid Vens Bakıya niyə gəlir?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9–11-də Cənubi Qafqaza səfər edəcək. Səfər çərçivəsində Vens 9–10 fevral tarixlərində Ermənistanda, 10–11 fevral tarixlərində isə Azərbaycanda olacaq. Bu, 2008-ci ildə regiona səfər etmiş "Dik Çeyni"dən sonra ABŞ-dən Cənubi Qafqaza gələn ilk vitse-prezident səfəridir.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, səfər iki əsas istiqamət üzrə qiymətləndirilə bilər. Birinci istiqamət ABŞ-nin 18 ildən sonra regiona yenidən xüsusi diqqət ayırmasıdır. İkinci istiqamət isə Vaşinqtonun Cənubi Qafqaz siyasətində ənənəvi Tbilisi xəttindən daha çox Bakı–İrəvan xəttinə üstünlük verməsidir.

Şərhçiyə görə, bu yanaşmalar Zəngəzur dəhlizi (TRİPP) layihəsi üzərində birləşir. Sözügedən layihə ABŞ üçün təkcə regionda Rusiya və İrana qarşı mövqelərin gücləndirilməsi baxımından deyil, həm də Orta Dəhliz marşrutu vasitəsilə Mərkəzi Asiyaya çıxış və Çin–Avropa xəttinə nəzarət imkanları baxımından əhəmiyyət daşıyır.

Asif Nərimanlı qeyd edib ki, Vensin gündəliyində iki məsələ xüsusi yer tutur. Birincisi, Vaşinqtonun vasitəçiliyi ilə formalaşan Bakı–İrəvan sülh prosesinin inkişaf etdirilməsi və bu xətt üzrə ticarət, tranzit və regional əməkdaşlığın genişləndirilməsi imkanlarının reallaşdırılmasıdır. İkincisi isə Zəngəzur dəhlizi layihəsinin praktiki icrasının sürətləndirilməsidir.

Şərhçinin fikrincə, bu səfər eyni zamanda ABŞ-ın regionda sülh prosesinin və kommunikasiyaların əsas təminatçılarından biri olduğunu yerində nümayiş etdirmək cəhdi kimi də dəyərləndirilə bilər. O əlavə edib ki, səfər Kremlin Bakı–İrəvan sülh prosesinə müdaxilə cəhdləri fonunda Rusiyaya da açıq mesaj xarakteri daşıyır.

Asif Nərimanlı hesab edir ki, əvvəlki dövrlərlə müqayisədə Rusiyanın regiona təsir imkanları zəifləsə də, Vensin səfərindən sonra Moskvanın Azərbaycan və Ermənistana qarşı siyasi və informasiya təzyiqlərinin artması ehtimalı istisna edilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri