Icma.az
close
up
RU
ABŞ dən daha çox Çin qazandı ŞƏRH

ABŞ dən daha çox Çin qazandı ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya - Ukrayna savaşının qalibi odur


“Fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir”


Üç ildən çox davam edən Rusiya - Ukrayna müharibəsi dünyanın hərbi-siyasi və ən əsası da geoiqtisadi strategiyalarını dəyişib. Müharibə zahirən Rusiya və Ukrayna arasında getsə də, qarşıda ABŞ və NATO olduğu artıq mübahisə mövzusu deyil. Əlbəttə, gedən müharibədən hələ ki, qazanclı tərəf ABŞ-dir. 


Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib. 

Onun sözlərinə görə, geosiyasi, geoiqtisadi, strateji baxımdan isə Rusiya–Ukrayna müharibəsindən daha çox qazanan məhz Çindir. Və təbii ki, Çin maraqlıdır ki, müharibə davam etsin, hərçənd ki, Çin müharibəyə maraqlı olmadığını və neytrallığını bildirir: “Amma bu, yalnız diplomatik örtükdür ki, reallıqda Çin bu qarşıdurmanın uzanmasında və Qərbi, həmçinin Rusiyanı yormasında birbaşa və ən çox maraqlıdır. Çinin Rusiya–Ukrayna müharibəsində maraqları aydındır. Əvvəla, iqtisadi və hərbi rəqibi ABŞ iki cəbhədə döyüşür. Vaşinqton paralel olaraq həm Rusiya ilə hərbi, həm də Çinlə iqtisadi mübarizə aparır. Çin üçün isə rəqiblərin tükənməsi ona yeni imkanlar açır. Rusiyanın NATO ilə qarşıdurmada Çindən daha da asılı hala gəlməsi Qərb sanksiyalarının nəticəsidir. Bu sanksiyalar Rusiyanın Çindən asılılığını daha da dərinləşdirir. Rusiya qazını, neftini, hətta texnoloji komponentlərini Çinə endirilmiş qiymətlərlə satmaq məcburiyyətindədir. Rusiyanın bu asılılığından təkcə iqtisadi qazanc əldə edilmir – həm də təsir dairəsi genişlənir. Rusiya–Ukrayna müharibəsi nəinki Rusiyanı iqtisadi cəhətdən çökdürür, ən əsası insan resursları və demoqrafik baxımdan ölkəni zəiflədir, əhali boşluğu yaradır. Demoqrafik boşluq, iqtisadi asılılıq və artıq "sülh ekspansiyası" ilə Rusiyada möhkəmlənmiş Çin perspektivdə Rusiya hesabına ərazisini genişləndirmək üçün real imkanlar əldə edir. Çin bu qarşıdurmanın yaratdığı imkanlarla "sakitcə" iqtisadi hasarlanma salır. Çin "Bir Kəmər, Bir Yol" layihəsi ilə Afrikadan Latın Amerikasına qədər iqtisadi təsir zolağını genişləndirir – özü də heç bir güllə atmadan, ordu yeritmədən”.


V.Dadaşov qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Qərb dünyası daxilində fikir ayrılığı yaradır, parçalanmalara səbəb olur. Artıq Qərb daxilində həm Rusiya, həm də Ukraynaya qarşı tamamilə fərqli yanaşmalar var: 

“Hətta yeni və ayrı hərbi alyansın da yaranması gündəmdədir. Müharibənin uzanması Avropa İttifaqında sosial və iqtisadi böhranlar doğurur, enerji təhlükəsizliyində real çətinliklər ortaya çıxır. Məcburiyyətdən alternativ layihələr irəli sürülür – hansı ki, qısa zamanda icrası və bəhrəsi mümkün deyil. Bu da daxildə narazılıqlara səbəb olur, ictimai fikirdə radikallaşma baş qaldırır. Rusiya–Ukrayna müharibəsinin yaratdığı vəziyyət strateji fürsət kimi Çinin Tayvan üzərinə təzyiqlərini artırmağa imkan verir. Bu vəziyyətdə də ABŞ Asiya–Sakit Okean regionunda Çinin qarşısını almaq gücündə deyil. Göründüyü kimi, Çin nə açıq müharibə aparır, nə də Qərblə birbaşa konfliktə girir. Ancaq fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir. Çin üçün nə Ukraynanın ərazi bütövlüyü, nə də Rusiyanın təcridi vacib deyil. Məqsəd, dünya iqtisadiyyatında liderliyin Çinə keçməsidir. Bu isə nəticə etibarilə Çinin hərbi qələbəsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri