Azərbaycanlı və erməninin bu görüntüləri müzakirələrə səbəb oldu VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənov və erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə maraq doğurub.
Turkustan.az xəbər verir ki, eyni klinikada çalışan iki həkim müxtəlif vaxtlarda birgə foto və videolarını paylaşaraq izləyicilərin diqqətini çəkirlər. Onların münasibəti bəzən tənqid və qınaqla qarşılaşsa da, bu, dostluqlarına mane olmur.
Birgə paylaşımlarında Azərbaycan və Ermənistan xalqları arasında mübahisə mövzusu olan məsələlərə də yumorla yanaşırlar. Məsələn, dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşırlar.
Həkimlərin əsas arzusu isə iki xalq arasında münasibətlərin normallaşması, gələcəkdə fikir ayrılıqlarının yalnız dolma kimi mövzular ətrafında olmasıdır.
Onların dostluğu sülhün yalnız siyasi razılaşmalarla deyil, insanlar arasında qarşılıqlı hörmət və ünsiyyətlə də möhkəmlənməsinin mümkünlüyünü göstərən nümunələrdən biridir.
Ətraflı İTV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Noyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















