ABŞ Dövlət Departamenti Ukrayna və Amerika nümayəndə heyətlərinin Ciddədə görüşünün vaxtını açıqlayıb
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında baş tutacaq görüşün vaxtını açıqlayıb.
Missiya.Az xəbər verir ki, görüş bu gün Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinin tərkibində dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik müşaviri Mayk Vals, Ukrayna nümayəndə heyətinin tərkibində isə xarici işlər naziri Andrey Sibiqa, Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov yer alacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Səudiyyə Ərəbistanında işgüzar səfərdədir. Lakin o, danışıqlarda iştirak etməyəcək.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 11 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















