Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

ABŞ dünyada neftin hasilatının və satışının nəzarət zərfini öz əlinə alacaq

ABŞ dünyada neftin hasilatının və satışının nəzarət zərfini öz əlinə alacaq

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan mətbuat səhifələrində və TV kanallarda etdiyim çıxışlarda dəfələrlə demişdim ki, bu dava dünyada iqtisadi maraqları, biznes maraqlarını reallaşdırmaq, resurslara və kommunikasiyalara nəzarəti ələ keçirmək uğrunda böyük güclərin başlatdığı savaşın bir hissəsidir. İndi hər kəsə aydın olur ki, bu savaş tək Ukrayna və ya Qəzzanı deyil, dünyanın başqa bölgələrini də əhatə etməkdədir. Daha güclü olan bu savaşdan daha böyük qazancla çıxacaq və dünyaya öz hegomonluğunu qeyd-şərtsiz qəbul etdirəcəkdir.
Bu gücün Amerika Birləşmiş Ştatları olduğu aşkardır. ABŞ-nin Avroasiya siyasətin əsas qayəsi belədir: - ABŞ əgər dünya hegomonu olmaq statusunu qoruyub saxlamaq istəyirsə, o, Avroasiya məkanında özündən qabağa kiminsə çıxmasına imkan verməməlidir. Bu gün Birləşmiş Ştatlar Administrasiyasının Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı durdurmaq istəməsi də məhz bu siyasətin tələblərindən irəli gələn bir davranışdır.
Baxın, ABŞ-nin keçən ilin sonlarından etibarən İran neftinin satışına tətbiq etdiyi sanksiyalarla İranın neft satışından valyuta gəlirləri 20%-dən çox azaldı və bununla da İran milli valyutası sürətlə ucuzlaşmağa başladı. Milli valyutanın kəskin ucuzlaşması İranda ərzaq məhsullarının və digər istehlak mallarının qiymətlərinin təqribən iki dəfəyə qədər bahalanmasına yol açdı ki, bu da son nəticədə insanların etirazına, kütləvi iğtişaşlara səbəb oldu. Sual olunur, ABŞ eyni ssenarini Rusiya neftinin ixracına tətbiq edə bilməzmi? Təbii ki, istəsə, bir gün ərzində Danimarka boğazlarından Rusiya neftini qaçaq yolla daşıyan tankerlərin qarşısını kəsər və bununla da Rusiyanın daxilində bu gün İranda yaşanan eyni durum yaranmış olar. Lakin ABŞ bunu etmir, çünki ona bu müharibədə Rusiyanın məğlubiyyəti lazım deyil, onun əsas hədəfi Rusiyanın neftinin, qazının və digər təbii sərvətlərinin idarəçiliyini və Rusiya üzərindən keçərək şərqlə qərbi birləşdirən yollara nəzarəti ələ almaqdır. Ukrayna isə Rusiya ilə müharibə başa çatmamış artıq ABŞ-nin tam nəzarətindədir desək, yanılmarıq.
Gəlin ABŞ-nin dünya hegemonluğu yolunda son bir ildə atdığı addımlara qısa bir nəzər salaq.
Donald Tramp hakimiyyətə gələn kimi Kanada və Qrelandiyanı ABŞ-yə birləşdirmək, Panama kanalı üzərində ABŞ-nin tam nəzarətini bərpa etmək kimi hədəflər qoydu. Bu sırada təbii ki, Venesuelanın neftinə nəzarəti həyata keçirmək kimi istək ortada idi. Birləşmiş Ştatlar artıq bu hədəflərdən ikisini – Panama kanalına və Venesuela neftinin idarəçiliyinə nəzarəti təmin etdi. Bu gün ABŞ-nin İran neftinə nəzarəti ələ almaq kimi bir hədəfə çatmasına bəlkə də günlər yox, saatlar qalır. Növbədə ABŞ-yə narkotik və cinayətkar şəxslər ixrac edən Meksika, Kolumbiya və Qrelandiyanı ABŞ-yə verməkdən boyun qaçıran Danimarka dayanır.
Bu arada ABŞ-nin Avroasiya məkanındakı iki böyük uğurunu - Cənubi Qafqazda Azərbaycan və Ermənistan üzərindən şərqlə qərbi birləşdirən Zəngəzur Dəhlizindən keçən ən uğurlu quru yola nəzarəti ələ almaq, Mərkəzi Asiya ölkələrini özünün yaxın tərəfdaşına çevirmək kimi mühüm hadisələri də xüsusi qeyd etmək lazımdır.
Bütün bunlar göstərir ki, ABŞ son bir ildə atdığı bu addımlarla yaratmaqda olduğu yeni dünya nizamının altından öz hegemonluq möhrünü vurmaqdadır. Birləşmiş Ştatlar bu gedişlə dünyada neftin hasilatının və satışının nəzarət zərfini öz əlinə alacaq və bununla da yaxın 25 ildə özündən önə hər hansı bir dövlətin və ya dövlətlər qrupunun keçməsinə imkan verməyəcəkdir.
Nizamsız dünyanı normal idarə etmək üçün onun güclü bir jandarma ehtiyacı vardır! Demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlər isə bu hədəfə çatmağın işlək alətləridir və bu alətlər həmişə iqtisadi maraqların, biznes maraqlarının tapdağı altında qalacaqdır...
Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri