Icma.az
close
up
RU
ABŞ Ədliyyə Nazirliyi və FTB qaradərili vətəndaşlara göndərilən irqçi mesajları araşdırır

ABŞ Ədliyyə Nazirliyi və FTB qaradərili vətəndaşlara göndərilən irqçi mesajları araşdırır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə Nazirliyi və Federal Rabitə Komissiyası (FCC) ölkə daxilində qaradərili vətəndaşların telefonlarına göndərilən kütləvi mesajları araşdırdıqlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, FCC, ABŞ-ın müxtəlif ştatlarında bir çox qaradərili vətəndaşlara, böyüklərə və uşaqlara göndərilən irqçi mesajları araşdırdığını açıqlayıb.

FCC sədri Jessica Rosenvorcel, ölkənin Nyu York, Alabama, Kaliforniya, Ohayo, Pensilvaniya, Merilend və Tennessi kimi bir çox ştatında qaradərili vətəndaşlara anonim şəkildə göndərilən bu mesajların qəbuledilməz olduğunu və FCC-nin bu vəziyyəti çox ciddi qəbul etdiyini bildirdi.

FTB və ABŞ Ədliyyə Nazirliyi də bu kütləvi mesajların araşdırıldığını açıqlayıb. Luiziana Baş prokuroru Liz Murrill bildirib ki, “Siz ən yaxın plantasiyada pambıq yığmaq üçün seçilmisiniz” və “Xüsusi qullarımız sizi nəqliyyat vasitəsi ilə aparacaq” kimi ifadələrdən ibarət mesajların mənbəyini gizlətmək üçün VPN vasitəsilə göndərilib.

Merilend ştatının baş prokuroru Entoni Braun qeyd edib ki, bu kütləvi mesajlar jurnal abunələri və kampaniya ianələri kimi müxtəlif məlumat dəstlərindən istifadə etməklə göndərilib.

Telefon xidməti təminatçısı olan "TextNow" mesajları göndərən hesabların bağlandığını bildirdi: “Mesajların Birləşmiş Ştatlarda bir neçə istifadəçi vasitəsilə göndərildiyini öyrəndik və bu hücumu araşdırmaq üçün tərəfdaşlarımız və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik”, - deyə bəyanat verib.

Şimali Karolina Universitetinin proqram təminatı və informasiya xidmətləri professoru Cori Faklaris, mesajları göndərən insanların, çox güman ki, internetdə nisbətən ucuz satın alına bilən şəxsi məlumat kolleksiyalarından da faydalandıqlarını söyləyib.

Digər tərəfdən, Faklaris qeyd edib ki, əvvəlki illərdə telefon mesajı fırıldaqlarının artmasından sonra ABŞ hökuməti daha yaxşı araşdırma vasitələri hazırlayıb və "hakimiyyət orqanlarının bu hücumu izləməsi nisbətən asan olmalıdır".

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri