Icma.az
close
up
RU
ABŞ Gürcüstan yazınlaşması bölgəyə nə vəd edir? ŞƏRH

ABŞ Gürcüstan yazınlaşması bölgəyə nə vəd edir? ŞƏRH

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Tramp administrasiyası ilk dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibət bildirərək, Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini açıqlayıb.

Məlumdur ki, Bayden dövründə ABŞ-Gürcüstan münasibətlərində gərginlik hökm sürürdü. Tramp adminstrasiyasının Gürcüstana qarşı mövqeyinin dəyişməsi isə diqqət çəkən məqamlardan biridir.

Maraqlıdır ki, ABŞ-nin Gürcüstana yaxınlaşmasının səbəbi nədir? Bu fonda region üçün hansısa təhlükə mövcud ola bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Tramp və Bayden administrasiyaları arasında ciddi fikir ayrılıqlarının olmasının təməl səbəbləri var. Bu səbəblərin təsir etmədiyi bölgə və ölkə isə yoxdur.

Onun sözlərinə görə, məhz bu səbəblər Tramp administrasiyasını xüsusilə ABŞ daxilində təhdid edən başlıca faktordur:

"Bu, ideoloji amillərlə bağlıdır. Tramp milli dövlətləri, Bayden isə qlobal imperializmi təmsil edir. Baydenlə yanaşı, bu sıraya Makron, Trudo, Şolts, Zelenski, Paşinyan və s. kimi siyasətçilər də aiddir. Yəni, bu təməl səbəblər və ideoloji fərqliliklər geniş analitik araşdırma tələb edən mövzudur”.

Müsahibimiz qeyd edib ki, qlobal maliyyə sistemi haqqında müəyyən təsəvvürə malik olmadan baş verənləri anlamaq çox çətindir. ABŞ administrasiyalarının Gürcüstanla bağlı fərqli yanaşmaları da eyni prosesin tərkib hissəsidir.

Siyasi şərhçinin fikrincə, Gürcüstanda vərtəndaş cəmiyyəti institutları adı altında qlobal imperializm dərin kök salıb. Hansı ki, Birləşmiş Ştatlar bundan uzun illər silahlı güc olaraq istifadə edib. Hazırda Avropa İttifaqı və Kanadanı da idarə edir.

Əli Zülfüqaroğlu, siyasi şərhçi

"Gürcüstan hökuməti məhz bu rıçarqları sıradan çıxarmağa başladı. Fikir verirsinizsə, eyni proses ABŞ daxilində də gedir. USAİD-lə bağlı ABŞ hökumətinin qərarı bu savaşın başlanğıcıdır. Yəni, qlobal imperializmin həyata keçirməyə çalışdığı mondializm nəzəriyyəsinin reallaşması məhz yüzlərlə mondialist təşkilatlar, banklar, qlobal şirkətlər və s. kimi quruluşlarla mümkün hesab olunurdu. Sıradan mondialist təşkilatlardan biri olan USAİD-in büdcəsi 50 milyard dollar idi. İndi təsəvvür edin ki, daha böyük mondialist təşkilatlar,məsələn, "Bilderberq klubu" hansı gücə malikdir", - deyə müsahibimiz qeyd edib.

Zülfüqaroğlu hesab edir ki, Trampın fəaliyyəti məhz mondializmin, yəni qlobal imperializmin çöküşünə xidmət edir. Bu isə yeni xaosa və qarşıdurmalara yol açır. Gürcüstanla ABŞ-nin yeni hökumətinin yaxınlaşması bu proseslərdən qaynaqlanır və bölgə üçün mənfi nəticə, yaxud təhlükələr doğurmur.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri