Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

ABŞ Gürcüstandan əl çəkmir absurd qanun layihəsi

ABŞ Gürcüstandan əl çəkmir absurd qanun layihəsi

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son həmlə hazırlığı, Azərbaycana “yan” təsirlər

ABŞ qanunvericiləri “Gürcü Arzusu” hökumətinin tanınmasını qadağan edən qanun layihəsini təqdim etməyə hazırlaşırlar. Bu addım rusiyayönlü milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin ABŞ tərəfindən sanksiyalara məruz qalmasından cəmi iki həftə sonra atılır. Qərb siyasətçiləri bu sanksiyaların Gürcüstanda demokratiyanın zəiflədilməsi və ölkənin Rusiyaya meyillənməsi ilə bağlı olduğunu vurğulayırlar.

Yanvarın 8-də ABŞ-ın “Fox News” telekanalı məlumat yayıb ki, Konqresin hər iki palatası tərəfindən dəstəklənən bu qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına təqdim ediləcək. Hər iki palatada respublikaçılar (Trampın partiyası) üstünlük təşkil edir. Məlumata görə, layihə Bidzina İvanişvili və ya onun yaxın çevrəsindəki şəxslərin rəhbərlik etdiyi istənilən Gürcüstan hökuməti ilə ABŞ-ın rəsmi münasibətlərini qadağan etməyə yönəlib.

Qanun layihəsində açıq şəkildə bildirilir: “ABŞ hökumətinin heç bir nümayəndəsi Bidzina İvanişvili və onun idarə etdiyi Gürcüstan hökumətini tanımaq və ya bu yöndə tədbirlər görmək üçün hər hansı federal vəsaiti istifadə edə bilməz. Bu hökumətlə münasibətlərin normallaşdırılması mümkün deyil”.

Qanun layihəsinin əsas sponsorlarından biri, Helsinki Komissiyasının sədri olan respublikaçı konqresmen Co Uilson layihəni təqdim edərkən bildirib ki, Gürcüstanda yeni seçkilərin keçirilməsi zəruridir. O, həmçinin ABŞ və Avropanın aparıcı siyasətçilərinin imzaladığı məktubu dərc edib. Məktubda qeyd olunur ki, Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” partiyası müxalifətin və beynəlxalq müşahidəçilərin son seçkilərlə bağlı qanuni narahatlıqlarını nəzərə almamış, təkpartiyalı qanunvericilik orqanı formalaşdırmış və yeni prezident seçib.

“Gürcü hökuməti xalqın tələblərinə və dinc etirazlara zorakılıqla cavab verir. Biz Gürcüstan xalqının azad və ədalətli seçkilər keçirmək tələbinə dəstək verməliyik. Onların mübarizəsinə laqeyd qala bilmərik”, - deyə Co Uilson vurğulayıb.

Bəs qanun layihəsinin qəbulu ehtimalı necədir? Trampa Gürcüstanla konfrontasiya lazımdırmı? Rəsmi Tiflis necə, ABŞ-ın daha bir təzyiqinə tab gətirəcəkmi? Nəhayət, gürcü hökuməti tanımamaq haqqında qanundan Azərbaycan necə təsirlənə bilər - iqtisadi və siyasi anlamda?

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a söylədi ki, Birləşmiş Ştatlarda “Gürcü Arzusu” hökumətinin tanınmaması ilə bağlı atılacaq hər hansı bir addım Tiflisi daha da Kremlin ağuşuna itələyəcək: “Burada əsasən Qərbin maraqları zədələnə bilər. Hətta Gürcüstan Abxaziya və Osetiya problemlərinin həlli istiqamətində Rusiya ilə bir qədər də yaxınlaşmağı, münasibətləri istiləşdirməyi düşünür. Qərb Gürcüstanı itirdiyi halda, qonşu ölkədəki avtomobil bazarını da itirəcək. Bu addımlar Gürcüstanı Azərbaycan və Türkiyəyə daha da yaxınlaşdıracaq. Tiflis öz bazarını Ankara və Bakı üçün açacaq ki, bu da milli maraqlarımız baxımından önəmlidir. Gürcüstana təzyiqlərin artırılması Qərbin Ermənistandakı dayaqlarını da sarsıdacaq. Hətta deyərdim ki, İrəvandakı SOROS-çuların da əl-qolu bir xeyli bağlana bilər. Bayden hakimiyyətindən fərqli olaraq Tramp administrasiyası Güney Qafqazdakı oyunlarını iqtisadi müstəvidə inkişaf etdirməkdə maraqlıdır. Çox güman ki, Donald Tramp da bu gedişatı nəzərdən keçirəcək və qanun layihəsinin qəbul olunmaması üçün müəyyən əngəllər yaradacaq. ABŞ-ın yeni administrasiyası Gürcüstanı birdəfəlik itirmək istəməyəcək. Ona görə də düşünürəm ki, Tramp ”ayaqyeri qoymaq" haqqında da düşünür. Əgər Gürcüstanla ABŞ arasındakı siyasi böhran dərinləşərsə, o zaman Bakı ilə Tiflis arasında siyasi mühit müsbətə doğru daha da dərinləşə bilər. Bu da “3+3" formatının gələcəkdə ümumişləkliyini daha da artıracaq. Hər halda, Bayden hakimiyyətindən sonra Birləşmiş Ştatların yeni administrasiyasını çox çətin ”silgi prosesi" gözləyir. Yəni Trampın hakimiyyətinin ilk ili Baydenin xarici siyasətdəki səhvlərini düzəltməklə keçəcək".

Niyaməddin Orduxanlı

ƏHD sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, ABŞ artıq böyük və ya kiçik dövlətləri təzyiq altında saxlamaq “sanksiya silahı” ilə təhdid edir: “Amerika öz iqtisadi maraqlarına çatmaq üçün o ölkələrə hər cür təsir edir. Bunun özü də ABŞ müasir silahıdır. Əvvələr atomla, raketlə, müharibə etməklə ölkələri işğal edirdi. İşğal etdiyi ölkələrin təbii sərvətlərini talayırdı, öz ölkəsinə aparırdı. Daha sonra utanmadan ” demokratiya yayırıq" deyirdi. Gürcüstanda baş vermiş seçkilər bütün dünyanın gözü qarşısında baş verdi. Xalqın iradəsi ilə Rusiyapərəst “ Gürcü Arzusu” qalib gəldi. Gürcülər məqsədli şəkildə Rusiyanı seçdilər. 2 aydır Gürcüstanda mitinqlər dayanmır. Ancaq görürsünüz ki, sadə vətəndaşlar, yüz minlərlə şəxs Qərbin keçirdiyi mitinqə dəstək vermir. Yalnız 20-25 min QHT-lər, Qərbin ələ aldığı media və “5-ci kolon”un nümayəndələri aksiyaya çıxırlar. Çünki minlərlə QHT-nin hər il maliyyəsini Amerika verir. Qərbi, Gürcüstandakı xalqın iradəsi maraqlandırmır. Onların nəyinə lazımdır Gürcüstandakı demokratiya? Nəyin bahasına olursa olsun, Rusiyaya yaxın olan Bidzina İvanişvili hakimiyyətdən getməlidir. Əvvəl ona qarşı sanksiya tətbiq etdilər. İndi də Gürcüstan hökumətinin tanınmasını qadağan edən qanun hazırlayıblar. Yəqin ki, bu qanun da qəbul ediləcək. Gürcülərin “günahı” Rusiya ilə normal münasibətlərinin olmasıdır. Bu sanksiyaları niyə Ermənistana etmirlər? Çünki Paşinyan Amerikanın uşağıdır. Onların tapşırıqlarını icra edir. Ancaq ümid edək ki, yanvarın 20-də Amerikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimindən sonra Amerika-Rusiya münasibətlərinin yeni mərhələsi başlasın. Trampla Putinin yaxın münasibətlərinin olması sirr deyil. Trampın özü də bunu gizlətmir. Yəqin ki, bu münasibətlər Gürcüstanla bağlı məsələyə də öz töhfəsini verəcək. O ki qaldı, Amerikanın gürcü hökumətini tanımamaq haqqında qanunun Azərbaycana necə təsir etməsinə, bizim bır sıra layihələrimiz var ki, Gürcüstan üzərindən həyata keçirilir. Söhbət enerji daşıyıcılarından gedir. Bu enerji də məhz Avropanın bır sıra ölkələri ilə, o cümlədən də Amerika ilə bağladığımız müqavilələr əsasında baş verir. Gürcüstan sadəcə tranzit bir ölkə rolunu oynayır".

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın Suriyadan çıxdığını, lakin Gürcüstanda üstün gücə çevrildiyini qeyd etdi:“Gürcüstanda yaşanan hadisələr yeni dünya nizamının formalaşma prosesinin bir parçası, qlobal güclərin yeni təsir arealları əldə etmək uğrunda mübarizəsi olaraq dəyərləndirilə bilər. Məsələn, biz, Rusiyanın Yaxın Şərqdə Suriyadan çıxdığını, lakin Gürcüstanda gedərək üstün gücə çevrildiyini müşahidə edirik. Halbuki, Qərb 2003-cü ildə Gürcüstanda həyata keçirdiyi ”Qızılgül inqilabı" sayəsində əldə etdiyi qazanclarını itirmək üzrədir. Gürcüstanın Qərbə inteqrasiyasına 2024-cü ildən etibarən son verilmişdir. Qərb üçün Gürcüstandakı 20 illik qazanımın, siyasi-iqtisadi maraqların itirilməsindən söhbət gedir. Qərb buna görə hadisələrə bu qədər həssas yanaşır. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Blinken bu yaxınlarda Parisdə mətbuat konfransında deyib ki, Aİ-dən və demokratiya prinsiplərindən uzaqlaşan Gürcüstanla bağlı ABŞ, Fransa və digər Qərb dövlətləri ümumi məqsədlər güdürlər.

ABŞ qanunvericiləri tərəfindən “Gürcü Arzusu” hökumətinin tanınmasını qadağan edən qanun layihəsinin qəbulu ehtimalı var, çünki bu, sadəcə Demokratların ideyası deyil. Yəni, ikipartiyalı (bipartisan) layihə olaraq qanun layihəsi hər iki əsas partiya, o cümlədən 20 yanvardan ABŞ-da Prezidentlik məqamını da tutacaq Respublikaçılar tərəfindən dəstəklənir. Bu, təbii olaraq, ABŞ-ın başqa bir dövlətin daxili işlərinə birbaşa müdaxiləsi, dövlət çevrilişi cəhdinin bir parçasıdır. Ümumiyyətlə ABŞ tarixi bu cür müdaxilələrlə doludur. 19-cu əsrdən bəri Latın Amerikasından Yaponiyaya qədər, Avropadan Afrikaya qədər yaşanan dövlət çevrilişlərində, rejim dəyişikliklərində ABŞ-ın birbaşa müdaxiləsinə və roluna dair çoxsaylı faktları təqdim edə bilərik. Bu müdaxilələr üç formada olmuşdur: açıq hərbi müdaxilə (AHM, overt force), gizli hərbi müdaxilə (GHM, covert force), və seçkilərə müdaxilə (SM, subverted elections).

Gürcüstanın Qərbin, ABŞ-ın təzyiqlərinə dözümlülüyü Cənubi Qafqazın gələcək geosiyasi landşaftı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət təşkil edir. Cənab Prezident İlham Əliyev milli televiziyalarımıza ən son müsahibəsində qeyd etdi ki, Azərbaycan Cənubi Qafqaz regionuna kənar müdaxilələri qəbul etmir. Bu barədə Prezidentin sərt bir mövqeyi və tələbi var. O, Fransaya münasibətdə kənar müdaxilələr barədə danışsa da, bu, həm də digər Qərb dövlətlərinə aiddir. Cənubi Qafqaz yalnız regional əməkdaşlıq formatında təhlükəsiz və sabit qala bilər. Kənar müdaxilələr mütləq olaraq özündə münaqişə potensialını daşıyırlar. Odur ki, ABŞ-ın Gürcüstandakı siyasi proseslərə müdaxiləsi uğurlu olarsa, bu, mütləq Cənubi Qafqaz regionu üçün hərbi-siyasi böhranla, ölkədaxili və regiondaxili savaşlarla müşayiət olunacaq. Bunun baş verməməsi, regionda sabitliyin və sülhün qorunması arzu olunandır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri