Icma.az
close
up
RU
ABŞ hələlik İrana sərt ritorikasını tam tətbiq etmək istəmir Kənan Novruzov

ABŞ hələlik İrana sərt ritorikasını tam tətbiq etmək istəmir Kənan Novruzov

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin İrana münasibətinin daha da kəskinləşəcəyi gözlənilir. Çünki Tramp və ümumilikdə respublikaçılar, demokratlarla müqayisədə, daha sərt mövqe sərgiləyirlər və bir çox analitiklərə görə, İranı ABŞ-nin əsas düşməni hesab edirlər. Bunun əsas səbəblərindən biri respublikaçıların, o cümlədən Trampın İsraillə olan münasibətləridir. Birincisi, Trampın yəhudi lobbisinin dəstəyinə ehtiyacı var – həm siyasətini həyata keçirmək, həm də biznes maraqlarını qorumaq üçün. İkincisi, bəzi iddialara görə, Trampın ailəsinin yəhudilərlə sıx əlaqəsi var, xüsusilə kürəkəni yəhudidir. Üçüncüsü, Trampın Qəzza ilə bağlı müəyyən biznes planları ola bilər və bu planların reallaşması üçün İsrailin dəstəyinə ehtiyac duyur. Əgər Tramp İsraildən nəsə istəyirsə, o da qarşılıqlı olaraq İsrailin maraqlarına cavab verməlidir. Bu baxımdan, İrana qarşı təzyiqlərin artması da məhz bu kontekstdə qiymətləndirilməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bəyan edib ki, əgər İran razılığa gəlməsə, misli görünməmiş bombardmanlara məruz qalacaq. Onun bu açıqlaması beynəlxalq aləmdə geniş rezonans doğurub.

Siyasi şərhçi bildirib ki, ABŞ-nin İrana təzyiqi gözləniləndir və bu təzyiqlərin artacağı şübhəsizdir.

“Xüsusilə, İsrail vasitəsilə ABŞ İranın üzərində daim bir təhdid yaratmağa çalışacaq. Lakin yaxın gələcəkdə birbaşa hərbi müdaxilənin baş verəcəyini düşünmürəm. Hətta bəzi məlumatlara görə, Tramp əvvəlcə İsrailin İrana hücumuna icazə verəcəyini bildirsə də, sonradan bu mövqeyini dəyişib. Görünən odur ki, ABŞ hələlik İranla bağlı sərt ritorikanı tam tətbiq etmək istəmir. Bunun əsas səbəbi isə İranın ərəb dünyası və müsəlman ölkələri ilə əlaqələr baxımından ABŞ üçün müəyyən dərəcədə vacib olmasıdır. Hazırkı geosiyasi reallıq və ABŞ-nin Rusiya ilə mövcud münasibətləri də nəzərə alınmalıdır. Beynəlxalq diplomatiya və təhlükəsizlik siyasəti baxımından belə təhdid dolu ritorikalar həmişə qəbul olunmur, hətta bəzən qeyri-ciddi qarşılanır. Bir müddət sonra beynəlxalq ictimaiyyət də ABŞ-yə eyni üslubda cavab verə bilər. Yəni “bombalayacaqsansa, bombala” kimi reaksiyalar yarana bilər. Ancaq düşünmürəm ki, Tramp bütün bunları nəzərə almadan siyasət aparır. Görünən odur ki, o, daha çox beynəlxalq ictimaiyyətin nəbzini yoxlamağa çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see201

Pərvinin leopart naxışlı geyimi FOTOLAR

31 Mart 2025 22:12see194

1 Aprel Gülüş və zarafat günü

01 Aprel 2025 00:00see177

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see135

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 Mart 2025 18:30see123

İran ABŞ ni nüvə silahı ilə hədələdi

01 Aprel 2025 01:08see120

Azərbaycanda 12 günluk bayram tətili BAŞA ÇATDI

01 Aprel 2025 00:00see119

Ermənistan KTMT üzvlüyünü davam etdirəcək RƏY

31 Mart 2025 18:20see114

Şimal bölgəsində 5 kənddə YANĞIN

31 Mart 2025 16:13see113

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see113

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

01 Aprel 2025 01:14see113

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see112

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see111

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see111

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see111

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see110

Tramp ABŞ ın Afrikadakı hərbi mövcudluğunu azalda bilər

31 Mart 2025 23:22see110

Qadınlar səyahətə niyə tək gedirlər? Heyrətləndirən səbəb

02 Aprel 2025 01:13see109

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see109

Çinlilər qədim insanın üzünü bərpa ediblər…

02 Aprel 2025 00:57see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri