Icma.az
close
up
RU
Tramp Ukraynanın bölüşdürülməsində pay sahibi olmaq niyyətindədir Kənan Novruzov

Tramp Ukraynanın bölüşdürülməsində pay sahibi olmaq niyyətindədir Kənan Novruzov

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Donald Trampın hakimiyyətə gəlməsi təkcə Şərqi Avropa regionunda deyil, demək olar ki, bütün dünyada və müxtəlif regionlarda siyasi dinamikanı dəyişdirdi. Bu dəyişiklik ən çox Rusiya-Ukrayna müharibəsində özünü göstərməkdədir. Əslində, bir çox analitiklər – o cümlədən mən – proqnozlaşdırırdım ki, Tramp hakimiyyətə gəlsə, ABŞ-Rusiya münasibətləri qismən yumşalacaq və bu da müharibənin gedişatına təsir göstərəcək. Proqnozlar özünü doğrultdu. Çünki Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ-ın Rusiya ilə münasibətləri Bayden administrasiyasına nisbətən daha yaxşı idi. Bu baxımdan, hazırkı dövrdə də bu münasibətlərin bərpa olunacağı gözlənilir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi, yalnız regional deyil, həm də qlobal siyasi və iqtisadi dinamikaları dərindən təsirləndirən bir hadisədir. Bu münaqişə həmçinin ABŞ-nin, xüsusilə onun prezidenti Donald Trampın siyasətinə və mövqeyinə böyük əhəmiyyət kəsb edir. Trampın Rusiya-Ukrayna müharibəsinə yanaşması, onun əvvəllərki prezidentliyi dövründəki xarici siyasət prioritetləri ilə bağlı bəzi mühüm suallar doğurur. Trampın mövqeyi müharibənin davam etdiyi bu mürəkkəb dövrdə həm müttəfiqlərini, həm də rəqiblərini necə təsir altına ala biləcəyini göstərir.

Siyasi şərhçi qeyd edib ki, Tramp bir biznesmendir və sərt güc alətlərindən çox, iqtisadi əməkdaşlığa üstünlük verir.

“O, Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə çalışır və açıq şəkildə bu ölkə ilə düşmən olmaq istəmir. Digər tərəfdən, Ukraynanın bölüşdürülməsində pay sahibi olmaq niyyətindədir. Artıq ABŞ Ukraynanın təbii sərvətlərinə iddia edir. Belə bir vəziyyətdə Ukrayna çıxış yolu kimi Avropa İttifaqından (Aİ) dəstək almağa çalışır. Lakin Aİ-nin Ukraynaya dəstəyinin nə qədər davamlı olacağı sual altındadır. Mümkündür ki, müəyyən mərhələdə Aİ Ukraynanı yarıyolda qoysun. Hər halda, Ukraynanın vəziyyəti kifayət qədər çətindir və Zelenskinin üzləşdiyi çətinliklər getdikcə artır. Bütün bunlara baxmayaraq, Zelenski hazırkı məqamda böyük qəhrəmanlıq nümayiş etdirir. Lakin bu qəhrəmanlığın nə qədər davam edəcəyi sual altındadır. İstisna edilmir ki, bundan sonra Zelenski hakimiyyətinə qarşı ciddi təhdidlər yaranacaq, ona qarşı sui-qəsd cəhdləri olacaq. Həm ABŞ, həm də Rusiya Zelenskini siyasi səhnədən uzaqlaşdırmağa çalışa bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Mart 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see132

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see131

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see129

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see128

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see123

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see122

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see122

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see122

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see121

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see121

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see120

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see117

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see115

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see114

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see112

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see111

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see107

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see107

Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? ŞİKAYƏT

16 Aprel 2025 12:33see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri