ABŞ ilə İran arasında bu mövzular müzakirə ediləcək
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran və ABŞ Cenevrədə keçirilən danışıqlar zamanı İranın nüvə dosyesini və sanksiyaların ləğvini müzakirə edə bilərlər.
"Ölkə.az" xəbər verir ki, bu barədə RİA Novosti İrandakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, yeni danışıqlar mərhələsinin nüvə məsələlərinin daha ətraflı araşdırılmasına və Tehrana qarşı sanksiyaların ləğvinə imkan verəcəyi gözlənilir.
Fevralın 6-da İran və ABŞ arasında Omanın paytaxtında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bu görüş 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ilk görüş olub. Həmin vaxta qədər İslam Respublikası və ABŞ beş raund məsləhətləşmələr keçirmişdilər.
İran Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında davamlı razılaşma üçün bərabər mövqelər və qarşılıqlı hörmət vacibdir. O əlavə edib ki, Tehran diplomatiyaya gözləri açıq şəkildə yanaşır və 2025-ci il hadisələrini ciddi şəkildə nəzərə alır.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Fevral 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















