ABŞ ın Bağdaddakı səfirliyinin ərazisinə raket düşüb
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşlarına istinadən məlumat yayıb.
"Mərmi Bağdadın mərkəzində İraq hökuməti qurumlarının və xarici ölkələrin səfirliklərinin olduğu "Yaşıl zona"dan kənarda yerləşən səfirliyin ərazisinə düşüb", - agentlik bildirir.
İranın IRIB dövlət televiziya kanalının məlumatına görə, zərbə nəticəsində səfirliyin hava hücumundan müdafiə sistemi məhv edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 14 Mart 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















