Icma.az
close
up
RU
ABŞ ın məxfi UFO arxivləri açıldı

ABŞ ın məxfi UFO arxivləri açıldı

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

ABŞ hökumətinin məxfilikdən çıxarılan arxivləri yerdənkənar sivilizasiyaların mövcudluğu ilə bağlı uzun illərdir davam edən mübahisələri yenidən gündəmə gətirib. Buna səbəb 1960-cı illərdə Braziliyada içərisində ölmüş yadplanetli kosmonavtın olduğu iddia edilən sirli metal kürənin aşkarlanması barədə məlumatlar olub.

Bu barədə Mirror məlumat yayıb.

Braziliyada sirli kürə iddiası

Hadisənin tarixi 1963-cü ilə gedib çıxır. Həmin vaxt Braziliyanın Konde yaşayış məntəqəsində yerli radiostansiyalar nəhəng bir kürənin yerə düşməsi barədə sensasion xəbər yayıblar.

Şahidlərin sözlərinə görə, obyektin içərisində xüsusi kostyum geyinmiş insanabənzər varlıq olub. Onun üzərində isə insanlar üçün tamamilə anlaşılmaz yazılar və simvollar olduğu iddia edilib.

Məlumat qısa müddətdə yerli mediada geniş yayılıb və NASA, ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin diqqətini cəlb edib. Bundan sonra ABŞ-ın Rio-de-Janeyrodakı səfirliyi hadisənin təfərrüatlarının araşdırılması üçün rəsmi teleqram göndərib.

Lakin diplomatik qurumlar tezliklə həmin ərazidə nə hərbi, nə də mülki aviasiya uçuşunun həyata keçirilmədiyini müəyyən ediblər. Səfirlik daha sonra hadisənin əvvəlcədən hazırlanmış saxtakarlıq olduğunu açıqlayıb.

Hadisə yerinə gedən jurnalistlər və hökumət araşdırmaçıları isə qeyri-adi obyektin düşməsini həqiqətən görən heç bir şahid tapa bilməyiblər. O dövrdə ictimai təhlükəsizlik naziri insanların adi meteoroloji zondunu UFO hesab etmiş ola biləcəyini ehtimal edib. Lakin bu versiya da rəsmi şəkildə təsdiqlənməyib.

41 məxfi sənəddə nə var?

Məxfilikdən çıxarılan sənədlərin ümumi sayı 41 fayldır və onların arasında UFO-larla bağlı müxtəlif maraqlı məlumatlar yer alır.

Sənədlərdən birində ABŞ Hərbi Dəniz Qüvvələrinin Fotoqrafik Şərh Mərkəzinin Montana və Yuta ştatlarında çəkilmiş müəmmalı görüntülərlə bağlı apardığı təhlildən bəhs edilir.

Hərbi ekspertlər fotolarda görünən obyektlərin nə təbii hadisələrə, nə də məlum uçuş aparatlarına bənzədiyini bildiriblər.

Başqa bir məxfi sənəddə isə 2021-ci ilin sentyabrında AC-130J hərbi təyyarəsinin ekipajının qarşılaşdığı hadisə təsvir olunur.

Hərbçilər 25 işıqlı kürə görüb

Sənədə görə, xüsusi əməliyyat qüvvələrinin ekipaj üzvləri havada eyni vaxtda 25 işıqlı kürə müşahidə ediblər.

İddialara əsasən, bu obyektlər çox yüksək sürətlə hərəkət edib, aqressiv manevrlər həyata keçirib və hətta hərbi təyyarənin top atəşinə reaksiya veriblər.

ABŞ Federal Təhqiqatlar Bürosunun məxfilikdən çıxarılan arxivlərində isə daha yeni şahid ifadələri də yer alır. Bu ifadələrdə ABŞ-ın qərbindəki dağ silsilələrinin üzərində yüksək sürətlə hərəkət edən sirli qırmızı işıqlardan bəhs olunur.

Bununla belə, sənədlərdəki bu məlumatların yerdənkənar sivilizasiyaların mövcudluğunu sübut etdiyi barədə rəsmi nəticə yoxdur. Məxfi arxivlərin açılması isə uzun illərdir cavabsız qalan UFO hadisələri ilə bağlı müzakirələri yenidən alovlandırıb.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Avqust 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri