ABŞ İran danışıqları: Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındırlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün əsas hazırlayırlar.
Nəşrin məlumatına görə, razılaşmalar Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini və ya başqa yerə köçürülməsini əhatə edə bilər.
Buna cavab olaraq, Vaşinqton İran limanlarının blokadasını və sanksiyaları yumşalda, Tehranın xaricdəki aktivlərini tədricən aça bilər.
"Al Hadath" isə bildirib ki, İran, ABŞ ilə dolayı danışıqlar apararkən, uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib.
Bundan əlavə, Tehran ölkə daxilində 20%-dən çox zənginləşdirilmiş uran miqdarını azaltmağa hazır olduğunu da bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio və İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlətlər arasında aparılan danışıqlarda irəliləyiş əldə edildiyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:263
Bu xəbər 23 May 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















