Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

ABŞ İran: Atəşkəs uzadılacaq?

ABŞ İran: Atəşkəs uzadılacaq?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda İran-ABŞ-İsrail müharibəsi dünya gündəliyinin mərkəzində qalmaqda davam edir. Bu da onunla bağlıdır ki, enerji resursları ilə zəngin olan bölgədə gedən regional müharibənin təsirləri qlobal səciyyə daşıyır. Hörmüz boğazı ətrafında gərginliyin davam etməsi, müharibənin uzanması və əhatə dairəsinin genişlənməsi  dünya, xüsusilə də qlobal iqtisadiyyat üçün qarşısıalınmaz proseslərə rəvac verə bilər.

Buna görə də ABŞ-la İran arasında aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəlinməsi dünya üçün ümid işığı kimi göründü. Razılaşma çərçivəsində aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Təxminən 21 saat davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

“Bloomberg”: ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər

Elan olunan ikihəftəlik atəşkəsin bitməsinə saylı günlər qalır. Bəs aprelin 21-dən sonra yeni atəşkəs olacaqmı? Hazırda narahatlıq içində olan bütün dünya bu sualın cavabını gözləyir.

“ABŞ və İran sülh sazişi üzrə danışıqları davam etdirmək üçün daha çox vaxt qazanmaq məqsədilə çərşənbə axşamı günü müddəti bitən mövcud atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər”.

Bu barədə “Bloomberg” məlumatlı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri müzakirə etmək məqsədilə texniki məsləhətləşmələr təşkil etmək üçün səylər göstərirlər.

Əsas mövzular arasında Hörmüz boğazında əməliyyatların bərpasının mümkünlüyü və İranda uranın zənginləşdirilməsi ilə bağlı məsələlər var. Mənbənin sözlərinə görə, müzakirələr ilkin xarakter daşıyır və hələlik yekun qərarlar qəbul edilməyib.

Vasitəçilər ortaq məxrəc tapmaq axtarışında

Nəticəsiz başa çatsa da, İslamabad danışıqlarının baş tutması üçün Pakistan rəhbərliyinin israrlı səylər göstərməsi bütün səviyyələrdə təqdir olunur. Necə deyərlər, ən pis atəşkəs və ən pis danışıqlar ən yaxşı müharibədən daha yaxşıdır. İlk uğursuzluğa baxmayaraq, Pakistan rəhbərliyi atəşkəsin uzadılması və yeni danışıqlar raundunun təşkili məqsədilə fəal çalışmalar sərgiləyir. İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib ki, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında mesaj mübadiləsi davam edir. “İran nümayəndə heyətinin Tehrana qayıtdığı bazar günündən (12 aprel - red.) bəri Pakistan vasitəsilə bir neçə mesaj ötürülüb”, - deyə İ.Bəqai vurğulayıb.

Eyni zamanda, Pakistan Ordusunun baş komandanı Asim Munir İran və ABŞ arasında yeni danışıqlar raunduna hazırlıq fonunda Tehrana səfər edib. “Tasnim” agentliyinin məlumatına görə, Munirin səfəri Vaşinqtonun mövqeyini Tehrana çatdırmaq və İran-ABŞ danışıqlarının ikinci raunduna hazırlıq məqsədi daşıyıb.

Pakistan rəhbərliyi həmçinin İran-ABŞ-İsrail müharibəsində yeni atəşkəsə nail olunması məsələsinin müzakirələrini region dövlətləri ilə aparır.  Artıq Baş nazir Şahbaz Şərif Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Görüşdə ABŞ ilə İran arasında növbəti atəşkəsə nail olunması ətrafında geniş fikir mübadiləsi aparılıb. Pakistanın Baş naziri belə müzakirələri həmçinin Dohada Qətər əmiri Təmim bin Həməd Al Tani ilə aparmaq niyyətindədir.

Digər vasitəçi dövlətlər də, necə deyərlər, boş dayanmırlar. Xüsusilə də Misir və Türkiyə rəsmiləri ABŞ və İran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və aprelin 21-də atəşkəs razılaşmasının müddəti bitənədək danışıqların yeni raundunu təşkil etməyə səy göstərirlər.

Tərəflər nə deyirlər?

Hələlik İran və ABŞ atəşkəsin uzadılması ilə bağlı konkret fikir ifadə etməkdən çəkinirlər. Tehrandan və Vaşinqtondan gələn açıqlamalarda üst-üstə düşməyən məqamlar çoxdur. “ABŞ dəniz blokadasını davam etdirərsə, Qırmızı dəniz, eləcə də Fars və Oman körfəzləri vasitəsilə ticarəti kəsə bilərik”. Bu rtorika ilə İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Əli Abdullahi çıxış edib. Onun sözlərinə görə, əgər ABŞ blokadanı davam etdirərsə və İranın ticarət gəmiləri və neft tankerlərinə təhlükə yaradarsa, bu, atəşkəs rejiminin pozulmasına gətirib çıxara bilər.

Vaşinqton da atəşkəsin davam etdirilməsinə “hə” deməyə tələsmir. “ABŞ hələ İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etməyib”. Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib. “Bu səhər (dünən - red.) mən atəşkəs rejiminin uzadılmasının rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil”, - deyə K.Levitt vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir: “Bu həftə siz vitse-prezidentdən (Cey Di Vens) və Prezidentdən ( Donald Tramp) bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir”.

Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır. Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İran da danışıqların ikinci raundunun məhz Pakistanda keçirilməsini israr edir.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri