Dünyanın ilk hidrogenlə işləyən sərnişin gəmisi istifadəyə verildi
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın “Fincantieri” gəmiqayırma şirkəti dünyanın hidrogenlə işləyə bilən ilk kruiz gəmisi “Viking Libra”nı “Viking” şirkətinə təhvil verib.
Lent.az xəbər verir ki, gəmi İtaliyanın Ankona şəhərindəki zavodda inşa edilib. 239 metr uzunluğunda olan gəmi 998 sərnişin tutumuna malikdir və 499 kabinədən ibarətdir.
“Viking Libra”nın əsas xüsusiyyəti mayeləşdirilmiş hidrogen və yanacaq elementlərindən istifadə edən hibrid mühərrik sistemidir. Fincantieri şirkətinin məlumatına görə, sistem 6 meqavata qədər enerji istehsal edə bilir. Hidrogenin oksigenlə kimyəvi reaksiyası nəticəsində elektrik enerjisi əldə olunur və prosesin əlavə məhsulu su olur.
Gəmi hidrogenlə işləyən zaman atmosferə zərərli tullantıların atılmasının qarşısını ala biləcək. Bununla belə, o, bütün səfərlərində yalnız hidrogendən istifadə etməyəcək, digər vaxtlarda ənənəvi mühərriklərindən də yararlanacaq.
Şirkət gəminin hidrogen sisteminin 2027-ci ildə tam istismara veriləcəyini gözləyir. “Viking Libra” ilk mövsümündə Aralıq dənizi və Şimali Avropa marşrutlarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, eyni texnologiya ilə təchiz ediləcək ikinci gəmi – “Viking Astrea” hazırda inşa olunur və 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 Noyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















