Icma.az
close
up
RU
ABŞ İran müharibəsində kim uduzur? Sabiq səfirdən MARAQLI AÇIQLAMA

ABŞ İran müharibəsində kim uduzur? Sabiq səfirdən MARAQLI AÇIQLAMA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə ABŞ-İran qarşıdurması davam etdikcə müharibənin mümkün nəticələri, regionda gərginliyin daha geniş coğrafiyaya yayılması ehtimalı və tərəflərin qarşıdurmadan nə əldə edə biləcəyi ilə bağlı müzakirələr də artır. Paralel olaraq, müharibənin İranın sosial-iqtisadi vəziyyətinə təsiri və əhalinin gündəlik həyatında yaratdığı çətinliklər diqqət çəkir. Ekspertlər qarşıdurmanın uzanmasının həm İran, həm də ABŞ üçün ciddi siyasi və iqtisadi nəticələr doğura biləcəyini bildirirlər.

Bəs hazırda ABŞ-İran müharibəsində hansı ssenarilər daha real görünür? Qarşıdurma Yaxın Şərqdə daha geniş müharibəyə çevrilə bilərmi? Müharibənin İran əhalisinə təsiri hansı həddə çatıb və bu proses ABŞ üçün hansı siyasi nəticələr yarada bilər?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən sabiq səfir Abbasəli Həsənov bildirib ki, müharibənin əsas yükü İranın üzərinə düşsə də, ABŞ da bu qarşıdurmadan siyasi və iqtisadi baxımdan ciddi zərər görə bilər:

“Birincisi, bu elə bir müharibədir ki, hər halda Amerikanın ərazisində aparılmadığına görə əsas zərbəni və ziyanı İran çəkəcək. Amma digər tərəfdən Amerika iqtisadi baxımdan, maliyyə baxımından və eyni zamanda siyasi nüfuz məsələsində də itkilərlə üzləşir. Bu baxımdan, sözsüz ki, bu, Amerika və Amerikanın rəhbərliyinə başucalığı gətirməyəcək. Amerikada artıq birmənalı şəkildə ictimai fikir belə formalaşıb ki, bu, yersiz, lazımsız bir müharibədir. Buna görə də mətbuatda demək olar ki, hər gün yazılar, təhlillər, analitik təhlillər dərc olunur. Ona görə bu baxımdan, bəli, bu, Amerikaya da o qədər fayda gətirən bir şey deyil. Tərəflər arasında əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Burada məsələ burasındadır ki, İran tərəfi Amerikanın təkliflərini qəbul etmədi. Amerika da İranın təkliflərini qəbul etmədi. Bir sənəd imzalandı. Bu, sanki formal xarakter daşıyan bir şey oldu. Çünki sənəd imzalandı, amma onun arxasında nəzərdə tutulan maddələr həyata keçirilmədi. İndi məsələ burasındadır ki, get-gedə məsələ daha çox gərginləşir və bu, son nəticədə, sözsüz ki, təkcə İran üçün yox, ümumiyyətlə, bölgə üçün böyük bir fəlakətə gətirib çıxara bilər”.

                        

A.Həsənovun sözlərinə görə, hazırkı qarşıdurmada heç bir tərəfi qalib hesab etmək olmaz:

“Burada, bir daha yenə deyirəm, əvvəla, heç bir tərəf qalib deyil. Bir tərəfdən, hələ ki belə yanaşsaq, İran ərazisində müharibə getsə də, o, ərazi bütövlüyünü itirməyib. Bu müharibə nəticəsində əgər ölkə ərazi bütövlüyünü qoruyub saxlaya bilirsə, bunun özü müəyyən qədər uğurdur. Amma qələbə şərti məsələdir. Qələbə saymaq nisbi məfhumdur. Amma digər tərəfdən, İranın taktiki gedişləri var. O qədər də güclü olmayan texnikalardan istifadə etdilər. Tərəf müqabili ona qarşı daha ağır texnikadan istifadə etdi. Bu, taktiki gedişlər idi. Amma bunu qələbə adlandırmaq olmaz. Bircə qələbə ola bilər: mümkün qədər müharibənin tez dayanması və tərəflərin danışıq masasının arxasında oturub məsələləri həll etməsi. Bax, buna qələbə demək olar. Ümumiyyətlə, Yaxın Şərq bölgəsində get-gedə böyük bir təhlükə yaranır”.

Sabiq diplomat hazırda İranın hansısa ərəb ölkəsinə hücum edib-etməyəcəyi ilə bağlı konkret proqnoz verməyin çətin olduğunu bildirib:

“Məkkə İttifaqı yaradılarkən məqsəd elə məqsəd idi ki, bölgədə hər hansı bir təhlükəli alov yayılmalı olsa, onun qarşısını mümkün qədər tez almaqdır. Ümumiyyətlə, vəziyyətin gərginliyi, ağırlığı, çətinliyi məcbur elədi ki, Məkkə sazişi imzalansın. Bunun məqsədi budur. Əgər bu birlik varsa, deməli, bölgədə böyük təhlükə var".

A.Həsənov İran əhalisinin sosial vəziyyətinin də son illərdə ciddi şəkildə ağırlaşdığını bildirib:

“Birincisi, İranda sosial vəziyyət bugün ağırlaşmayıb. Bu illər boyu get-gedə daha da çətinləşir. Digər tərəfdən də hərbi qarşıdurma baş verəndən sonra daha da pisləşdi. Bugün vəziyyət olduqca ağırdır. Çindən, o cümlədən başqa ölkələrdən hər hansı ərzaq və digər məhsullar gəlirdi. İndi artıq dəniz vasitəsilə heç bir şirkət nəsə əldə edə bilmir. Ağır olan iqtisadi vəziyyətdə bu da əlavə olaraq, problemləri  qat-qat daha da çox artırıbdır. İranın ixrac etməməsi bir tərəfdən problem olduğu kimi nəsə idxal etməsi də çətinləşir. Belə bir vəziyyətdə, sözsüz, sosial vəziyyət get-gedə ağırlaşır.  Müharibənin mümkün qədər tez bitməsi İran üçün hava su kimi lazımdır. Eyni zamanda da Amerikanın apardığı oyun, onun indiki rəhbərliyi üçün o qədər də başucalığı gətirməyəcək. Çünki Amerika xalqı müharibədəm çox narazıdır. Qarşıdan da bu, aralıq seçkilər gəlir”.

Sabiq səfir sonda qeyd edib ki, müharibənin ağır nəticələrini İran əhalisinin bütün təbəqələri hiss edir:

“İstər azərbaycanlı olsun, azərilər, türklər olsun, istər başqaları olsun, bütün İran xalqı müharibənin əziyyətini çəkir. Kiminsə vəziyyəti daha yumşaq, daha rahat və ya daha ağır ola bilməz. Hamı bunun əziyyətini çəkir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri