Icma.az
close
up
RU
ABŞ İran üçün gərgin saatlar: Atəşkəs istənilən an pozula bilər ŞƏRH

ABŞ İran üçün gərgin saatlar: Atəşkəs istənilən an pozula bilər ŞƏRH

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ ilə İran arasında əldə olunan atəşkəsin nə dərəcədə davamlı olacağı sual altındadır. Tərəflər arasında uzun illərdir davam edən gərgin münasibətlər və qarşılıqlı etimadsızlıq fonunda bu razılaşmanın uzunmüddətli olub-olmayacağı əsas müzakirə mövzusuna çevrilib. Atəşkəs qısamüddətli sabitlik yaratsa da, onun davamlılığı birbaşa siyasi iradə və regiondakı proseslərin inkişafından asılı olacaq.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, ABŞ ilə İran arasında əldə olunan atəşkəs genişmiqyaslı müharibənin dayandırılması üçün məcburi fasilə kimi qiymətləndirilməlidir:
"40 gün davam edən qarşıdurma tərəflərin birbaşa və ya dolayı şəkildə hərbi potensiallarını ciddi şəkildə sınadıqlarını göstərir və bu, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Belə vəziyyətdə atəşkəsin davamlılığı əvvəlki dövrlərlə müqayisədə daha da mürəkkəb və qeyri-müəyyən xarakter alır.
Hörmüz boğazının bağlanması isə məsələyə yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi ölçü qazandırır. Bu su yolu dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas arteriyalardan biridir və onun bağlanması faktiki olaraq beynəlxalq iqtisadi sistemə təzyiq alətinə çevrilir".
Deputat deyib ki, İranın bu addımı göstərir ki, Tehran artıq yalnız regional təsir vasitələri ilə kifayətlənmir, qlobal enerji təhlükəsizliyini birbaşa təsir altına ala biləcək alətlərdən istifadə etməyə hazırdır. 
"Bu isə ABŞ üçün məsələni təkcə siyasi deyil, həm də strateji və iqtisadi təhlükəsizlik məsələsinə çevirir. Belə şəraitdə əldə olunan atəşkəs tərəflərin qarşılıqlı güzəşti deyil, daha çox qarşılıqlı tükənmə və risklərin kritik həddə çatması ilə izah oluna bilər. ABŞ genişmiqyaslı müharibənin Yaxın Şərqdə nəzarətdən çıxaraq daha böyük regional və hətta qlobal münaqişəyə çevrilməsi riskini nəzərə alır. İran isə həm hərbi, həm iqtisadi, həm də daxili sabitlik baxımından uzunmüddətli müharibənin davam etdirilməsinin ağır nəticələrini görür.
Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən görüşün nəticəsiz qalması da məhz bu yeni reallığın göstəricisidir. Bu isə o deməkdir ki, atəşkəsin pozulması ehtimalı əvvəlkindən daha yüksəkdir, çünki tərəflər artıq hərbi eskalasiyanın praktik nəticələrini görüblər.
Bu reallıqlar fonunda atəşkəsi sabit və uzunmüddətli hesab etmək daha da çətinləşir. Əksinə, bu, genişmiqyaslı müharibədən sonra yaranmış son dərəcə kövrək və riskli pauzadır. Əgər tərəflər arasında yaxın 10 gün ərzində fundamental razılaşma əldə olunmasa, atəşkəs istənilən an pozula və daha ağır nəticələrə səbəb ola bilər", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri