ABŞ İranda rejim dəyişikliyinə nail ola bilməz Ekspert
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməz.
Axar.az xəbər verir ki, bu barədə italiyalı iqtisadçı, keçmiş dövlət katibinin müavini Mişel Qeraci bildirib.
Onun sözlərinə İranda hakimiyyət sistemi olduqca möhkəmdir və onu dağıtmaq çox çətindir:
“ABŞ İranda rejim dəyişikliyinə nail ola bilməz. Ölkədə hakimiyyətin bölüşdürülməsi və nəzarət mexanizmləri çox güclüdür və bu sistemi sarsıtmaq mümkün deyil”, – o qeyd edib.
Ekspertin bildirib ki, İran cəmiyyətinin böyük hissəsinin şiə olması və mövcud siyasi struktur hakimiyyətin davamlılığını təmin edir:
“ABŞ-da bir çox insan Vaşinqtonun İrana qarşı hərbi siyasətini dəstəkləmir. ABŞ kəşfiyyat sistemində fəaliyyət göstərən bəzi şəxslər də bu yanaşmaya etiraz edərək vəzifələrindən ayrılıb. İran nüvə silahına malik deyil və bu səbəbdən ABŞ üçün birbaşa təhlükə yaratmır. Tehran nüvə proqramı əvəzinə daxili inkişaf layihələrinə yönəlsə, bu, ölkə əhalisinin rifahını artıra bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Mart 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















