ABŞ kəşfiyyatı: Netanyahu İranla sülh səylərini poza bilər
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
ABŞ kəşfiyyat agentlikləri Vaşinqton administrasiyasını İsrailin Baş naziri Binyamin Netanyahunun İranla davamlı sülhə nail olmaq səylərinə mane ola biləcək addımlar atma ehtimalının yüksək olduğu barədə xəbərdar ediblər.
Turkustan.az xəbər verir ki, “Washington Post”un (WP) adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bu xəbərdarlıq Netanyahu ilə Tramp administrasiyası arasında gərginliyin artdığı dövrə təsadüf edir.
Məlumata görə, ABŞ kəşfiyyat orqanları İsrailin Livana qarşı hərbi əməliyyatları davam etdirmə ehtimalının ABŞ–İran arasında mümkün razılaşmanın əsas elementlərini poza biləcəyi barədə də Vaşinqtonu məlumatlandırıb.
Hesabatlarda həmçinin bildirilir ki, İsraildə payızda gözlənilən ümumi seçkilər öncəsi Netanyahunun siyasi mövqeyi, onun daxili ictimaiyyətə Livandan qoşunların çıxarılmayacağını göstərməsi və Hizbullahla gərginliyi artırmaq istiqamətində atacağı addımlarla əlaqələndirilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 19 İyun 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















