“ABŞ li həmkarlarımızla iş aparmalı və bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün çalışmalıyıq”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“24 dekabrda Prezident İlham Əliyev Ağdamda çox vacib məsələlər ətrafında fikirlər səsləndirdi. Təbii ki, dövlət başçımızın səsləndirdiyi fikirlər həm ölkə daxili ictimaiyyəti üçün, həm də xarici dairələr üçün ünvanlanmışdır. Daxili ictimaiyyət üçün səsləndirlən fikirlərin arasında tarixi, qan yaddaşımızı, Xocalı başda olmaqla Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, işğalı və bir milyondan artıq vətəndaşımızın çəkdiyi müsibətləri unutmamaq, tarixdən dərs çıxarmaq və bunları həmişə xatırlamalı olduğumuzu xüsusi əhəmiyyət daşıyır. Çünki biz yaşadığımız tarixi unutmayaraq gələcəyə baxmalıyıq. Düzdür, gələcəyə sülh üzərindən baxırıq. Uzun illər ərazilərimizi işğal altında saxlamış Ermənistanla münasibətlərə yeni səhifədən başlayırıq. Amma onların başımıza gətirdikləri faciələri heç vaxt unutmamalı, gələcək nəsillərə çatdırmalı və gənclərimizin vətənpərvərlik ruhunu daha da gücləndirməlidir. Belə ki, 44 günlük Vətən müharibəsində gənclərimiz əlinə silah alaraq düşməni torpaqlarımızdan qovdu. Bu ruhu həmişə qorumalı və möhkəmlətməliyik. Çünki Azərbaycan xarici düşmənlərimizin həmişə marağında olan ərazi olmuşdur. Biz öz gücümüzü daha artırmalı və tarixdə başmıza gətirlmiş faciləri yaddan çıxarmayaraq daha mübariz olmalıyıq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, 90-cı illərin əvvəlində torpaqları işğal olunmasına baxmayaraq Azərbaycan gücsüz olduğundan sanki bir işğalçı kimi qəbul olunmuşdu: “Ona görə də səsimiz beynəlxalq arenalarda eşidilmirdi. Məhz 1992-ci ildə ABŞ Konqresi “Azadlığa dəstək aktına” ədalətsizcəsinə “907-ci düzəliş” edərək Azərbaycanı maliyyə dəstəyindən məhrum edilməsi haqlı olmağımıza baxmayaraq haqsız kimi qəbul olunmasının nəticəsi idi. Amma zaman dəyişildi və Azərbaycan dövləti öz gücü ilə ədaləti bərpa edərək Cənubi Qafqaza davamlı sülh gətirdi. Davamlı sülhün gəlməsi həm də Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasını da aktuallaşdırdı”.
A.Badamov söyləyib ki, bu gün Azərbaycan öz ərazisindən Ermənistana daşınan tranzit yüklərə qoyulmuş məhdudiyyətləri birtərəfli şəkildə aradan qaldırıb: “O cümlədən Azərbaycan benzini Ermənistana ixrac olunur. Kommersiya xarakterli əlaqələr olsa da iki ölkə arasında münasibətlərin normallaşma prosesi gün-gündən genişlənməkdədir. Belə olan halda 907-ci düzəlişin qalması öz aktuallığını itirmiş olur. Bu baxımdan Donald Tramp bu mənfur maddənin fəaliyyətini ancaq müvəqqəti dayandırmaqla yox, həm də Konqres tərəfindən birdəfəlik olaraq ləğv edilməsi məsələsi öz həllini tapmalıdır. Bunun üçün ABŞ-li həmkarlarımızla iş aparmalı və bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün çalışmalıyıq”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















