Icma.az
close
up
RU
Neftçi adını qaytarmaq üçün çox çalışmalıyıq Samir Abasov

Neftçi adını qaytarmaq üçün çox çalışmalıyıq Samir Abasov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Futbolçularımı təbrik edirəm. Yaxşı əhval-ruhiyyə ilə çıxırıq oyundan. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə çox əziyyət verdilər. Nə xoş ki, qalib gəldik. Qələbələrə elə ehtiyacımız var ki. Bu gün də sevindik".

QOL.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.  

O, millimizin uğursuzluğundan danışıb: "Çox üzüldük məğlubiyyətə görə. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, aşağı-yuxarı bilirəm ki, o futbolçular da nə biz çəkdiklərimizi çəkir. Bu, bizim millidir. Hamımız buna səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, inşallah ki, hamımız səmimi qəlbdən sevinəcəyik. Belə olmalıdır. Bir məşqçi kimi, istəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Nəinki fiziki, həm də psixoloji cəhətdən. Bu, mənim də oyunuma təsir edir. Ən azından bunu istəmərəm. Klubdan kənar danışsaq isə xalqımız adına da üzücüdür. Keçmiş olsun. 

Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Nəyə bağlayaq ki, bu gün mən digər məşqçidən danışa bilərəm? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Bu vaxta kimi namizədləri gözdən keçirsəydik, Santuşun adını hamı, bəlkə də, birinci deyərdik. Ən azından təcrübəsinə görə. Müxtəlif fikirlər ola bilər ki, gənc və enerjili olmalıdır. Amma yenə azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır.

Mütəxəssis "millidən qayıdan Ramil Şeydayev və Rza Cəfərovu oyuna necə kökləndirə bildiniz?" sualına belə cavab verib: "Digərlərində görməyə bilərik. Amma demək olmaz ki, digərləri üzülmədi. Buna əminəm. Ən azından orada olan tərcüməçi Vüqar bizdə işləyir. O da danışır bizə, nə qədər digərləri üzülüblər. Ona görə inanmıram ki, bizim millidə belə hallar olsun. Kökləmək isə çox çətin idi. Bu məğlubiyyətdən sonra birə beş işimiz artır. Amma bu, futboldur. Futbolçunun həyatında belə məğlubiyyətlər olacaq. Onun peşakarlığı bir oyundan o biri oyuna keçmək bacarığıdır. Rza üçün də bu, təcrübə olmalıdır. 

S. Abasov gələn turda "Qarabağ"la görüş haqda da söz açıb: "Bu gün çətin işə başlamışıq. Millidən danışırıqsa, belə şeylər bizim də başımıza gələ bilər. Mənim dövrümdə biz tam formalaşmış komanda deyilik. Həddindən artıq çox işləməliyik. Birinci olaraq, "Neftçi" adını qaytarmaq üçün futbolçular və mən çox çalışmalıyıq. "Qarabağ"la oyun gələn həftədir. Hazırlaşacağıq. Azarkeşlər bizi bu gün necə dəstəklədilərsə, o oyunda da dəstəkləyəcəklər. Onlar üçün də həmin matç çox vacibdir. Bundan da çətin oyunlar olacaq". 

O, bugünkü qələbənin futbolçuların istəyə bağlı olduğunu qeyd edib: "Faiz dərəcəsi ilə götürsək, istək öndə idi. Qol buraxandan sonra gördük ki, nə qədər qol vurmaq istəyirlər, bir-birilərinə dəstək verirlər. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır. Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10 faizdəyik. Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi bunun belə, əziyətini çəkirdik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Noyabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri