Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

ABŞ liderlərinin Güney Azərbaycan məsələsinə baxış bucağı dəyişməlidir

ABŞ liderlərinin Güney Azərbaycan məsələsinə baxış bucağı dəyişməlidir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Pakistanın paytaxtında keçirilən və 21 saat davam edən ABŞ–İran danışıqlarının nəticəsiz bitməsinə görə tərəflər yenə də bir-birini günahlandırır. ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Ceyms Devid Vens deyib ki, "biz iranlılardan əsaslı və uzunmüddətli öhdəlik gözləyirik". İran nümayəndə heyətinə rəhbərlik etmiş parlamentin sədri Məhəmməd Baqir Qalibaf isə Vensdən də iddialı çıxış edərək açıqlama verib ki, "İslamabadda danışıqlarda ABŞ tərəfi İran nümayəndə heyətinin etimadını qazana bilmədi. Lakin ABŞ bizim məntiq və prinsiplərimizi anladı və indi qərar verməlidir".
Əsl həqiqətdə isə qərar verməli və şərtləri qəbul etməli olan tərəf ilk növbədə məhz İrandır. Çünki ABŞ-ın təklif etdiyi şərtlər İran xalqlarının mənafeyinə zərrə qədər də zərərli deyil. Baxın, Cey Di Vens nə deyir? Deyir ki, "bizə açıq öhdəlik lazımdır ki, İran nüvə silahı əldə etməyə çalışmasın və ona sürətlə çatmağa imkan verən vasitələri əldə etməsin. Bu, ABŞ-ın əsas məqsədidir”. Daha sonra Hörmüz boğazından gəmilərin maneəsiz keçidi şərti gəlir. Bu da kifayət qədər normal şərt, normal tələbdir. Çünki Hörmüz boğazından son ABŞ-İran müharibəsinə kimi bütün ölkələrin gəmiləri tam sərbəst şəkildə üzüb keçə bilirdi.
Beynəlxalq hüquq da onu təsbit edir ki, İran bu boğazı təkbaşına nəzarətə götürə bilməz. Növbəti şərt isə İranın qanunsuz silahlı dəstələri, proksi qüvvələri maliyyələşdirməyi dayandırması ilə bağlıdır. Bu da tamamilə haqlı tələbdir. Çünki İran "Hizbullah", “Həşdi-Şabi”, "Həmas" və sair kimi silahlı qruplaşmalara, terror dəstələrinə dəstək verməklə bütün region ölkələri üçün, qonşu dövlətlər üçün potensial təhdid mənbəyi formalaşdırır, sabitlik və təhlükəsizliyi sabotaj edirdi. Bu baxımdan, qanunsuz silahlı dəstələri, proksi qüvvələri maliyyələşdirmənin dayandırması ilə bağlı ABŞ tərəfinin şərti İranın molla rejiminin gələcəkdə toksik siyasəti davam etdirməsinin əngəllənməsində həqiqətən də çox ciddi müsbət rol oynaya bilər.
Ümumiyyətlə, ABŞ-ın irəli sürdüyü 15 maddəlik şərtlər siyahısında yer alan bu kimi müddəaların İran tərəfindən qəbul edilməsi həm onun özüyçün, həm də bütün qonşu ölkələr (Körfəz ölkələri, Cənubi Qafqaz respublikaları, habelə Türkiyə, Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s.) üçün xeyirli olardı. Çünki molla rejiminin nüvə silahının hazırlanmasına, raket sənayesinə, proksi qüvvələrin maliyyələşdirilməsinə xərclədiyi külli miqdarda maliyyə resursları bundan sonra İrandakı xalqların rifahına xərclənə bilərdi. Lakin əfsuslar olsun ki, İran tərəfi yenə də ifrat inkarçılıq mövqeyi nümayiş etdirdi və İslamabadda sülh razılaşması üçün yaranmış unikal fürsətdən yararlanmaq istəmədi.
Ən pisi isə budur ki, bu danışıqlarda Güney azərbaycanlıların və İranda yaşayan digər qeyri-fars mənşəli xalqların maraqları qətiyyən nəzərə alınmadı, onların hüquqları ilə bağlı məsələlər müzakirə olunmadı. Halbuki bu, həmin xalqların doğal haqqıydı. Çünki molla rejimi tərəfindən Güney azərbaycanlılara və digər qeyri-farslara qarşı edilən basqılar, repressiyalar, təhqirlər, güneyli fəalların həbsxanalarda işgəncələrə məruz qalması, öz milli haqlarını tələb edən günahsız insanların edam edilməsi, habelə İran konstitusiyasının 15-ci maddəsnin əksinə olaraq ana dilində məktəblərin açılmasına icazə verilməməsi İranda yaşayan xalqların təməl insan haqqlarının kobud surətdə pozulmasının təzahürləridir. Ona görə də ABŞ tərəfi İranda köklü dəyişikliklərə nail olmağı hədəf seçibsə, bütün bu məsələlər də mütləq danışıqlar masasına çıxarılmalı və Qalibafın təmsil etdiyi molla-SEPAH rejimi ilə razılaşdırılmalı idi. Ancaq görünən budur ki, ABŞ 1946-cı ildə Güney azərbaycanlıların taleyinə seyrçi qaldığı kimi, budəfə də eyni mövqeyi nümayiş etdirəcək. Hərçənd ki, Güney Azərbaycan məsələsi də Çindəki Uyğur-Sincan türklərinin taleyi kimi həmişə Ağ Evin diqqət mərkəzində olmalıdır. ABŞ liderlərinin Güney Azərbaycan məsələsinə baxış bucağı dəyişməlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Aprel 2026 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri