ABŞ Livan İsrail danışıqları ərəfəsində Beyrutun bombalanmayacağına zəmanət verdi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb.
Redaktor.az xəbər verir ki, bunu "Əl-Hadath" telekanalı açıqlayıb.
Verilən məlumatlara əsasən, ABŞ çərşənbə axşamınadək Beyrutun hava zərbələrindən mühafizə olunacağına zəmanət verib.
Bildirilir ki, Livan və İsrail nümayəndələri arasındakı görüşlər səfirlər səviyyəsində baş tutacaq. Bu mərhələnin əsas hədəfi müzakirələrə start vermək üçün ilkin addım qismində atəşkəsə nail olmaqdır. Görüş zamanı tərəflərin "Hizbullah" təşkilatının silahlanması, İsrail ordusunun geri çəkilməsi, əsirlərin sərbəst buraxılması və sərhəd problemlərini nəzərdən keçirəcəyi planlaşdırılır.
Baxış sayı:185
Bu xəbər 11 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















