ABŞ Mahmud Abbasa viza vermədi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ Fələstin Prezidenti Mahmud Abbasa gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
“Qafqazinfo”nun AFP-yə istinadən məlumatına görə, bu, Donald Tramp administrasiyasının Fələstin Azadlıq Təşkilatının (FAT) üzvləri və liderlərinə qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Abbasın ikinci dəfə ABŞ vizasından məhrum edilməsidir.
ABŞ Dövlət Departamenti Fələstin Muxtariyyətini və digər qurumları “islahat aparmamaqda” ittiham edib. Departament Abbasın rəhbərlik etdiyi FAT-ın üzvləri və liderlərinə qarşı sanksiyaların tətbiq olunacağını, viza məhdudiyyətlərinin də uzadılacağını açıqlayıb.
ABŞ administrasiyası ötən il də Abbasın və Fələstin nümayəndə heyətinin BMT Baş Assambleyasının iclasında iştirakına viza verməmişdi. Buna görə Abbasın əvvəlcədən yazılmış videomüraciəti BMT Baş Assambleyasının 80-ci sessiyasında nümayiş etdirilmişdi.
Baxış sayı:84
Bu xəbər 17 Sentyabr 2026 06:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















