Icma.az
close
up
RU
ABŞ mətbuatı Qrenlandiya planını sızdırdı Əsas məqsəd işğal deyil

ABŞ mətbuatı Qrenlandiya planını sızdırdı Əsas məqsəd işğal deyil

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ mətbuatı Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı planlarını deşifrə edib.

ABŞ-nin “Wall Street Journal” (WSJ) qəzetinin adları açıqlanmayan rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio Konqres üzvləri üçün keçirilən qapalı brifinqdə Prezident Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə aydınlıq gətirib.

Məlumata əsasən, Rubio Konqres üzvlərinə bildirib ki, Tramp administrasiyasının əsas hədəfi Qrenlandiyanı hərbi yolla işğal etmək deyil, adanı Danimarkadan satın almaqdır.

Konqres üzvləri Trampın daxili təhlükəsizlik üzrə müşaviri müavini Stiven Miller də daxil olmaqla bəzi yüksək vəzifəli şəxslərin Qrenlandiya ilə bağlı sərt və aqressiv açıqlamalarına diqqət çəkərək məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Buna cavab olaraq Marko Rubio bildirib ki, rəsmi şəxslərin açıqlamaları yaxın zamanda hərbi işğala işarə etmir və Trampın əsas niyyəti Qrenlandiyanın Danimarkadan satın alınmasıdır.

Rubio vurğulayıb ki, bu məsələ daha çox strateji və diplomatik çərçivədə qiymətləndirilməlidir.

Bununla belə, Ağ Ev daha əvvəl yaydığı açıqlamada Tramp administrasiyasının Qrenlandiyaya sahib olmaq üçün “ABŞ ordusundan istifadə də daxil olmaqla” müxtəlif variantları nəzərdən keçirdiyini təsdiqləmişdi.

ABŞ Prezidenti Donald Tramp yanvarın 5-də verdiyi açıqlamada Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək, bunun xüsusilə Rusiya və Çinlə rəqabət kontekstində ciddi təhlükəsizlik prioriteti olduğunu qeyd etmişdi. Donald Tramp prezident seçildikdən və vəzifəsinin icrasına başladıqdan sonra dəfələrlə Qrenlandiyanın ABŞ-nin nəzarətində olmalı olduğunu bəyan edib. Tramp adaya sahib olmağın və onun üzərində nəzarətin ABŞ üçün “mütləq zərurət” olduğunu iddia edib.

Qeyd edək ki, Danimarka Krallığının tərkibində olan iki muxtar ərazidən biri olan Qrenlandiya Danimarkadan təxminən 2 min 900 kilometr uzaqlıqda yerləşir və Arktika bölgəsində mühüm strateji mövqeyə malikdir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri