Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bir döyüşçünün hekayəti və ya sonuncu aşırım... FOTOLAR

Bir döyüşçünün hekayəti və ya sonuncu aşırım... FOTOLAR

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaşamaq yanmaqdır, yanasan gərək, 
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır. 

Bəxtiyar Vahabzadə

Bəzi insanların dünyaya gəlişi, həyatı xüsusi bir missiya, yüksək amalla bağlıdır. Onlar yalnız doğulub-böyüyüb, cismən mövcud olmaq üçün deyil, insanlıq dəyərlərini qorumaq və Vətən, yurd təəssübkeşliyi göstərmək üçün yaşayırlar. Qəhrəmanımız Şahmar kimi. Axı o da həmin müqəddəs missiyanı ləyaqətlə daşıyan şəxslərdən idi. 

Şahmar Meybulla oğlu Rzayev 1957-ci il oktyabrın 14-də Lənkəran rayonunun Mamusta kəndində anadan olub. Orta məktəb təhsilini doğma kəndində alıb. 1975-1977-ci illərdə sovet ordusu sıralarında - Almaniyada həqiqi hərbi xidmət keçib.

Uşaqlıq illərindən hüquqşünas olmağı, qanunun keşiyində dayanmaq, ictimai asayişi qorumaqla xalqa xidmət göstərməyi arzulayırdı. Əsgərliyini başa vurduqdan sonra qarşısına qoyduğu məqsədə doğru irəliləyir. Arzusu onu Daxili İşlər Nazirliyinə gətirir. Və 1979-cu ildən Bakı şəhəri Nizami rayonu daxili işlər şöbəsində milis işçisi kimi çalışmağa başlayır. Bilik və bacarığı, hüquq-mühafizəsi sahəsinə marağı ilə tez bir müddətdə bu peşənin sirlərinə dərindən yiyələnir. Qısa zamanda cinayət-axtarış şöbəsinin ən fəal, peşəkar milis işçilərindən birinə çevrilir.

Həmkarlarıyla birgə ən ağır cinayətlərin açılmasında iştirak edirlər. Hara göndərilsələr, funksional vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Çalışqanlığı, nizam-intizamı kollektiv və rəhbərlik qarşısında ona böyük hörmət qazandırır. 

Mərhum şair Hökmullah Rzayev "Yaddaşlarda yaşayan Mamusta" kitabında yazır: "1987-ci ildən Dağlıq Qarabağ hadisələri Şahmarı da bir vətəndaş kimi bərk narahat edirdi. Bakıda baş verən hadisələr, mitinq və nümayişlər ara vermədiyi bir dövrdə Ş.Rzayev və silahdaşları xalqın arasında olub iğtişaşlara imkan vermirdilər. 1990-cı il 20 Yanvar hadisələrində səhərə qədər xalqın arasında olan Şahmar yaralananların xəstəxanalara daşınmasına köməklik göstərir, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliyi öz gözləri ilə görür".

Lakin Şahmarın Vətən uğrunda şücaəti, fədakarlığı hələ qarşıdaydı. 

Birinci Qarabağ müharibəsində işğalçı erməni qüvvələrinə yönələn müqavimət əsasən Azərbaycan milis dəstələri, könüllülərdən təşkil olundu. Çünki həmin dövrdə ölkəmizdə peşəkar ordu tam formalaşmamışdı. Belə bir şəraitdə milis və milli müqavimət dəstələri düşmənin hücumlarını dayandırmaq, əraziləri geri almaq üçün qorxmadan, qəhrəmanlıqla döyüşürdülər. 
Şahmar Rzayev bu könüllülərin ən fəal üzvlərindən idi. 1990-cı ilin fevralından 1992-ci ilin mart ayına qədər Şuşa, Laçın, Ağdam, Ağdərə, Xocalı uğrunda döyüşlərə qatılaraq, həmişə ön sıralarda olur, azğın düşmənin geri oturdulmasına, dinc əhalinin - əliyalın soydaşlarımızın müdafiəsində iştirak edir... Vətəninə, xalqına olan məhəbbəti, torpağa bağlılığı, ən başlıcası, ermənilərə qarşı nifrəti Şahmarı daha da mətinləşdirir və müharibənin çətin yerlərində olmasından heç bir narahatlıq, qorxu hissi keçirmir.

Hökmullah Rzayevin qeydlərindən: "1992-ci ilin fevral ayında Şuşa şəhəri mühasirədə olsa da, 20 nəfər mərd və cəsur polis işçisi heç nədən qorxmadan avtobusa oturaraq şəhərə doğru hərəkət etdilər. Qarlı-şaxtalı havaya, sərt dağ aşırımlarına baxmayaraq, nəqliyyat vasitəsi sıldırım qayalar arasından sürətlə şütüyür. Avtobusdakı milis dəstəsi mühasirədə olan xalqın köməyinə çatmaq istəyirdi. Bu zaman düşmən mərmisi avtobusa dəyir və polis işçiləri ən hündür aşırımdan dərəyə yuvarlanırlar".

Şahmarın söylədiklərindən: "İki gün idi yatmırdıq, ona görə də yüngülcə yuxulamışdıq. Möhkəm zərbədən gözlərimi açdım. Avtobusun dərəyə aşdığını, şüşələrin sındığını, alov dilimlərini gördüm. Maşın növbəti dəfə çevriləndə qayaların üzərinə düşdüm, yuxarıdan qopan daş parçaları güclü zərbə ilə başıma dəydi. Bu ağır zərbələrdən sonra baş verən hadisələrin heç birini xatırlamıram".  

Faşist xislətli vandalların növbəti cinayəti nəticəsində 12 nəfər milis işçisi yerindəcə həlak olur, qalanları yaralanır.

Şahmarın vəziyyəti isə daha ağır idi. Baş və üz nahiyəsindən zərbələr alan məğrur döyüşçü çoxlu qan itirmişdi. Hərbçilər yaralıları və şəhidləri çətinliklə dərədən çıxarıb yaxınlıqdakı səhra xəstəxanasına aparırlar. Şahmara göstərilən tibbi yardım heç bir nəticə vermir. O, həlak olan silahdaşlarıyla birgə vertalyot vasitəsi ilə Bakıya - "Semaşko" xəstəxanasına gətirilir. "Deyirlər, insanı yaratdığı kimi, ömrünü də verən Allahdır. Həqiqətən, belədir. Mən Şahmarı öz gözlərimlə xəstəxanada gördüm. Onun başı yanıb qaralmış kötüyə bənzəyirdi. Üzü o qədər şişmişdi ki, gözlərini görmək mümkün deyildi. Ancaq başına sarınmış sarğı onu kötükdən ayırırdı" - H.Rzayev kitabında xatırlayır.

Həkimlərin Şahmara qoyduğu diaqnoz belə idi: kəllənin beyin yarımkürələrinin sümükləri sınmış, baş-beyin, üz hissəsi ağır yaralanmış, burun, alın, çənə sümükləri üç yerdən qırılmış, bağırsaq divarı çatlamışdır. 

Əlbəttə, müharibənin ağrı-acısını, həyəcan dolu günlərini ürəklərinin dərinliklərində yaşayan, savaşa oğul, ər, qardaş yola salan və hər cür xəbər gözləyənlər onların ailələri olur. 

Gecəyarısı qapını döyən xəbər həyat yoldaşı Güldəstə xanımı da iki azyaşlı uşağı ilə taleyin ən ağır sınağı qarşısında qoyur. Bu məşum xəbəri gətirən Şahmarın iş yoldaşlarından biri pəncərəni möhkəm döyür. Onsuz da, yoldaşı gedəndən kifayət qədər narahatlıq keçirən, gecələr yuxusu ərşə cəkilən qadın bu səsin xeyir əlamət olmadığını başa düsür. 6 yaşlı oğlu Aqil, bir yaş balaca qızı Aynurə də yuxudan hövlnak oyanıb ürəkləri quş kimi çırpınmağa başlayır. Onlar pəncərə tərəfə, analarının arxasınca qaçırlar. Hər dəfə atalarının yolunu səbirsizliklə gözləyən uşaqlar hansısa hadisənin baş verdiyini anlayır, “ata” deyə hönkür-hönkür ağlayırlar.

Güldəstə xanım bir an dərin sarsıntı keçirir, nitqi tutulur. Lakin güclü iradəsi, bir ümid qığılcımı onu ayaqda tutur. Və sanki saniyələr içində özünü xəstəxanaya çatdırır. Orada qarşılaşdığı dəhşətli mənzərədən yenidən sarsılır. Sıra ilə düzülən şəhid nəşləri, tanınmaz hala düşən üzlər... O, yoldaşını şəhidlərin arasında qolundakı döyməsindən tanıyır. Şahmara tərəf əyilib nəfəsini hiss edəndə, gözlərində ümid qığılcımı parlayır. Demək, həyatı hələ bitməmişdi...

Amma bundan sonra ailənin əzablı, səbr, dözüm tələb edən günləri başlayır: ardıcıl əməliyyatlar, uzun müayinə və müalicə prosesləri. Şahmarın baş, çənə, üz, burun sümükləri xüsusi metal vasitələrlə birləşdirilir. Altı ay ancaq su içir, amma yaşayır - övladları üçün. Aşırımdan sağ çıxan qəhrəmanımız həmin tarixi hər il ikinci doğum günü kimi qeyd edir. Bu möcüzədə Allah-Təaladan aşağı payı olan, bir an da olsa başı üstündən çəkilməyən əzabkeş ömür-gün yoldaşı Güldəstə Xudaverdi qızı idi. 

Şahmar sağaldıqdan sonra yenidən öz işinə qayıdır. Lakin bir müddət sonra sevdiyi peşəsindən ayrılır. Sağlamlığı imkan vermədiyindən 1999-cu ildə Qarabağ qazisi kimi ehtiyata buraxılır. Bəli, zərrə-zərrə sağalan yaralar, ağrılar zaman keçdikcə yenidən təsirini göstərməyə başlayır. Hələ o zaman həkimlər diaqnoz qoymuşdular ki, sonrakı illərdə, yaşa dolduqca Şahmarın səhhətində ciddi risklər müşahidə oluna bilər.

Müharibənin dəhşətləri və aldığı yaralarla yanaşı, ən yaxın dostlarının yoxluğu, digərlərinin ömürlük əlil arabasına məhkum olması, onun fiziki və psixoloji durumuna da təsirsiz ötüşməmişdi. Vətən yolunda sağlamlığını, dostlarını itirsə də, ən böyük ağrısı Qarabağla bağlı idi.

Düzdür, Şahmar yaşayırdı - amma diri, yeriyən şəhid kimi. Ötən illər ərzində dəfələrlə xəstəxanaya yerləşdirilir, xoşbəxtlikdən hər dəfə ölumün pəncəsindən qurtulur, Allah yenə də ömür payını uzadırdı. Ta ki, 2025-ci ilin soyuq payızına qədər... Bu dəfə Şahmarı xilas etmək olmadı - noyabrın 24-də yurdunun, obanın qəhrəman oğlu başındakı ağrılarla ömür yolunu səssizcə başa vurdu. 

Şahmarın ölümü də həyatı qədər dəyərli oldu. Onun dünyadan köçməsi yaxın-uzaq bütün doğmalarını, dostlarını, qohum-qonşularını dərindən sarsıtdı, qəm-qüssəyə boğdu. Düzdür, ölüm İlahi qədərdir, amma heç kim onun vəfat etdiyinə inanmaq istəmirdi, yoxluğu çox cətin gəlirdi. Bu isə Şahmarın nə qədər əziz və unudulmaz olduğunu bir daha göstərdi.

İnsan necə olmalıdır? Bu suala Şahmarın timsalında cavab vermək kifayət edirdi. Çünki yaxşı insan olmağın yazılmamış qanunlarını onun həyatının hər anında görmək mümkünüydü. O, zəngin əxlaqi və mənəvi dəyərlərə sahib, dostluqda sədaqətli, yardımçı, qəlbi sevgiylə dolu bir insan idi. Hamı ilə mehriban ünsiyyət qurar, münasibətlərdə bağlılığı və etibarı qoruyub-saxlayardı. Öz canı ağrısa belə, çətinliyə düşən hər kəsin - tanısa da, tanımasa da, uşağın da, böyüyün də - harayına çatmağa çalışar, qayğısını əsirgəməzdi.

Onu yaxından tanıyan övladları, nəvələri Şahmar dədələrinə xüsusi məhəbbət bəsləyirdilər. Axı pozitivliyi ilə ətrafına yalnız müsbət enerji, varlığı ilə insanlara ümid və istilik bəxş edərdi.
47 il Bakıda yaşadı Şahmar. Çətinliklə ev-eşik qurdu, ömür-gün yoldaşıyla vətənə layiq üç övlad böyütdü, onlara toy-büsat qurdu, nəvə sahibi oldu. Uğrunda can qoyduğu, ən yaxın dostlarının şəhid olduğu Qarabağın, Şuşanın düşmən tapdağından azadlığı yaralarına, ürəyindəki ağrılara məlhəm çəkdi.

Şahmarın daha bir arzusu vardı -- ahıl çağlarını ata yurdunda, doğma torpağında keçirmək. Nə hikmət idisə, tez bir zamanda özünə isti yuva qurdu kəndində. Bu, ömrün tələskənliyi idimi, bilmirəm? Əziyyətlə tikdirdiyi evində çox az yaşadı və elə oradan da son mənzilinə yola salındı. Qəlbində qalan yeganə nisgil isə, güman ki, həyat yoldaşının ağır xəstəliyi oldu... Onsuz da ayda iki dəfə Bakıya kimyaterapiyaya aparıb-gətirdiyi, illər boyu ona öz övladı kimi qayğı göstərən, canındakı ağrılara belə şərik çıxan ürək sirdaşının tamamilə sağalacağına böyük ümid bəsləyirdi.

Əziz ruhuna ehtiramla - qoy son ümidin gerçək olsun, qəhrəman döyüşçü!

P.S. Şahmar Meybullah oğlu Rzayevin xidməti və fədakar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəxri fərmanları ilə təltif olunub, 2019-cu ildə isə mənzillə mükafatlandırılıb.

Qəhrəmanlar unudulmayacaq! Onların Vətənə, xalqa, torpağa sədaqət nümunəsi olan həyat və mübarizə yolu gələcək nəsillərə örnək kimi ötürüləcək!

Jurnalist Cəvahir Xudaverdi
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri