Icma.az
close
up
RU
ABŞ narkotik mafiyasına müharibə elan etdi Karib dənizində sürətli kater raketlə vuruldu

ABŞ narkotik mafiyasına müharibə elan etdi Karib dənizində sürətli kater raketlə vuruldu

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ hərbçiləri cənubi Karib dənizində sürətlə hərəkət edən kateri məhv ediblər. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, katerdə narkotik daşıyan “Tren-de-Aragua” qruplaşmasının 11 üzvü olub. Onlar böyük partiya narkotiki ABŞ-yə gətirmək niyyətindəymiş.

“Zərbə həmin terrorçular neytral sularda olarkən, qeyri-qanuni narkotik daşımaları zamanı endirildi”, – Tramp sosial şəbəkədə yazıb.

ABŞ Dövlət Departamenti “Tren-de-Aragua”nı rəsmi olaraq terrorçu təşkilatlar siyahısına daxil edib. Dövlət katibi Marko Rubio isə açıqlamasında bildirib ki, “zərbə Venesueladan çıxmış narkokaterə endirilib”. Pentaqon insidentin videogörüntülərini də yayıb.

Ekspertlərin fikrincə, bu əməliyyat Vaşinqtonun ənənəvi yanaşmasından kəskin şəkildə fərqlənir. Adətən ABŞ narkotik daşımalarını izləyir, kartel üzvlərini həbs edir və məhkəmə qarşısına çıxarırdı. Lakin indi birbaşa hərbi gücdən istifadə olunur. “The New York Times” qəzetinə danışan yüksək rütbəli amerikalı rəsmilərdən biri bildirib ki, kartellərin gəmilərinə qarşı oxşar zərbələr gələcəkdə də davam etdiriləcək.

Tramp isə bu əməliyyatı ABŞ-yə narkotik gətirməyi planlaşdıranlara açıq xəbərdarlıq adlandırıb.

Son həftələr Pentaqon Cənubi Karib dənizinə bir neçə hərbi gəmi göndərib. Onların heyətində 4 mindən çox dəniz piyadası var. İyul ayında Tramp Pentaqona Latın Amerikasında terrorçu elan edilmiş narkokartellərə qarşı hərbi güc tətbiq etməyə icazə verən fərman imzalayıb.

Həmin ay ABŞ Maliyyə Nazirliyi “Kartel de los Soles” adlı qruplaşmanı da “qlobal terror təşkilatı” elan edərək sanksiyalar tətbiq etmişdi. Vaşinqton hesab edir ki, bu qruplaşmanın arxasında Venesuela lideri Nikolas Maduro dayanır. ABŞ və onlarla digər ölkə Maduronu qanuni prezident kimi tanımır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri