Icma.az
close
up
RU
ABŞ NATO strukturlarında yeniliklər edir...

ABŞ NATO strukturlarında yeniliklər edir...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton 2 hərbi komandanlıq mərkəzinin idarəçiliyindən imtina edəcək?

ABŞ NATO-nun 2 hərbi komandanlıq mərkəzinin idarə edilməsindəki rəhbər rolundan imtinanı, eyni zamanda alyansın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürməyi planlaşdırır. Bu barədə “Reuters” öz mənbəsinə  istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton NATO-nun Norfolkdakı (Virciniya ştatı) Müştərək Qüvvələr Komandanlığına nəzarəti Böyük Britaniyaya, Neapoldakı komandanlığın şəxsi heyətlə təminatını isə İtaliyaya təhvil vermək niyyətindədir. Bununla yanaşı, ABŞ NATO-nun Müttəfiq Dəniz Komandanlığını - alyansın bütün dəniz qüvvələrinin Böyük Britaniyanın Hartfordşir qraflığında yerləşən əsas idarəetmə mərkəzini öz rəhbərliyi altına almağı planlaşdırır.

ABŞ NATO məsləhət qruplarındakı iştirakını da azaldır

Yenidənqurma planı, həmçinin Almaniya və Polşanın Niderlandın Brunssum şəhərindəki NATO Müştərək Qüvvələr Komandanlığını öz üzərinə götürməsini nəzərdə tutur. Nəşr bildirib ki, hazırda bu işlə, əsasən, Mərkəzi və Şərqi Avropadakı çoxmillətli qüvvələri koordinasiya edən almaniyalı general məşğul olur.

Bundan əvvəl isə  Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını azaltmağı planlaşdırdığını bəyan etmişdi. “The Washington Post” qəzetinin məlumatına görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbi qulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu, o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlim keçən “Mükəmməllik mərkəzləri”ndə iştirakının azaldılmasını nəzərdə tutur. Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkmək niyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatan hərbçilərin əvəz olunmaması planlaşdırılır. Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətində iştirakı tamamilə dayandırılmayacaq.

Bütün dəniz əməliyyatlarının idarə edilməsinə nəzarət...

ABŞ-ın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürmək istəyinə gəlincə, bu, Yaxın Şərq,  Venesuela, xüsusilə Qrenlandiya məsələləri ilə bağlı ola bilər. Xatırladaq ki, Donald Tramp  bu yaxınlarda jurnalistlərə açıqlamasında deyib ki, NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır. Onun sözlərinə görə, milli təhlükəsizlik üçün ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var. “Əgər ora bizdə olmasa, xüsusilə də Qızıl Qübbə və digər məsələlərdə milli təhlükəsizlikdə böyük bir boşluq yaranacaq. Hərbi sahəyə çoxlu investisiyalarımız var. Dünyada hərbi sahə getdikcə güclənir. Biz bu məsələdə NATO ilə danışırıq”, - deyən Tramp əlavə edib ki, Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq. O bildirib ki, Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün çox vacibdir. Ağ Ev rəhbəri Qrenlandiya xalqının ABŞ-ın Arktika ərazisini əldə etməsini dəstəkləyəcəyini hesab edir: “Mən onlarla danışmamışam. Onlarla danışanda əminəm ki, çox sevinəcəklər”.

Konnektikut ştatından olan demokrat senator Kris Mörfi isə  “NBC News” telekanalının efirində deyib ki, Qrenlandiyanın ilhaqı NATO-nun sonu ola bilər: “Şimali Atlantika Alyansının Qrenlandiyanı müdafiə etmək öhdəliyi var və bu halda ABŞ Avropa, Böyük Britaniya və Fransa ilə müharibə vəziyyətinə düşəcək”.

Qərar Avropa ölkələrinə təzyiq məqsədi daşıya bilər

Ümumiyyətlə, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-ın NATO-nu tərk edəcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Bunu əsas səbəbi isə alyansın “yükünün” daha çox ABŞ-ın üzərində olması ilə bağlıdır. Bir çox siyasətçilər bunu yalnız hədə tonu kimi qəbul etsə də, “SOS” siqnalı səsləndirənlər də tapılırdı. Prezident Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəsinin  NATO-dan çıxması ilə bağlı mövqeyini səsləndirmişdi. Hətta ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında belə bu amil nəzərə çarpır. Qeyd edək ki, ötən il dekabrın 4-də Tramp administrasiyası Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Bu strategiya formal olaraq, ölkənin xarici və müdafiə siyasətinin fundamental prinsiplərini və prioritetlərini təsbit edən sənəddir.

Vaşinqtonun tənqidlərindən sonra NATO-nun Avropa müttəfiqləri alyans üçün xərclərini müəyyən qədər artırsalar da, bu, ABŞ-ı qane etmir. Vaşinqton ardıcıl şəkildə bildirir ki, Avropa ölkələrinin əksəriyyəti müdafiə sahəsinə kifayət qədər vəsait ayırmır. ABŞ ümumi NATO müdafiə xərclərinin təxminən 70 faizini qarşılayır və bu göstərici “ədalətsiz yük bölgüsü” kimi qiymətləndirilir. Bir çox siyasətçilər, xüsusilə Qərbi Avropadan olan politoloqlar Vaşinqtonun mövqeyini daha çox siyasi təzyiq aləti kimi dəyərləndirirlər. Onların fikrincə, bu bəyanatlar əsasən Avropa üzvlərini müdafiə xərclərini artırmağa vadar etmək məqsədi daşıyır.

Bütün hallarda ABŞ-ın Avropa üzrə NATO təmsilçiliyində müəyyən qədər ixtisar etməsi ciddi siqnaldır. ABŞ-ın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürmək niyyəti isə onun strateji maraqlarından irəli gəlir. 

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri