ABŞ NATO nu tərk edir? Açıqlama
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
NATO Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqonun sədrliyi ilə iclas keçirilib.
Metbuat.az xəbər verir ki, NATO-nun Brüsseldəki qərargahında keçirilən toplantıdan sonra admiral Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının alyansı tərk edəcəyi ilə bağlı iddialardan danışıb. O bildirib ki, ABŞ-nin NATO-dan çıxmaq istədiyinə dair heç bir həmlə yoxdur. Admiralın sözlərinə görə, o vəzifəsinin icrasına başladıqdan sonra daha güclü NATO-nun olduğunu müşahidə edib.
“Ukraynadakı müharibədən gələn həyəcan siqnalı və ABŞ administrasiyasının hamımıza daha çox yükü bölüşdürmək çağırışı cavabsız qalmadı” deyən Cüzeppe Kavo Draqon, davam edən təhlükəsizlik məsələlərinə və qlobal miqyasda geosiyasi qeyri-sabitliyə diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 14 May 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















