ABŞ nefti ilk dəfə Pakistana çatdırıldı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan öz tarixində ilk dəfə ABŞ-dən xam neftin ilk partiyasını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Pakistanın "Dawn" portalı yayıb.
Bildirilib ki, yük "Suezmax MT Pegasus" adlı gəmi ilə "Cnergyico" şirkətinin Bəlucistan sahilindəki limanına çatdırılıb.
Şirkətin sədr müavini Usama Qureşi qeyd edib ki, ABŞ xam neftinin ilk dəfə Pakistana gətirilməsi ölkənin enerji sektoru və "Cnergyico" şirkəti üçün mühüm dönüş nöqtəsidir.
O, həmçinin bildirib ki, neftin ikinci partiyasının noyabrın ortalarında, üçüncü partiyasının isə 2026-cı ilin yanvarında çatdırılması gözlənilir.
Məlumata görə, Pakistanın ABŞ-dən neft idxalı iki ölkə arasında ticarət balansını təxminən 200 milyon ABŞ dolları məbləğində yaxşılaşdıracaq.
Baxış sayı:27
Bu xəbər 29 Oktyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















